SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

 “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətənpərvərlik duyğuları və milli ruhun gücləndirilməsinə dəstək” layihəsinə Azərbaycan Hərb Tarixi Muzeyində “Ordumuz-qürurumuzdur” mövzusunda tədbirlə başlayıb. 26 İyun - Silahlı Qüvvələri gününə həsr olunmuş tədbirdə  işğal olunmuş 6 rayondan 60 məcburi köçkün məktəbli, çağırışçı gənc və müəllim iştirak edib. Muzeyin iclas salonunda keçirilən tədbirdə Birliyin sədri, yazıçı-publisist Hacı Nərimanoğlu açılış nitqi söyləyib. Muzeyin rəisi, Qarabağ müharibəsi veteranı, polkovnik Əzizağa Qənizadə, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov çıxış edib, bəstəkar Sevinc Tofiqqızı “İgidlər yurdusan, ey Azərbaycan!” video-klipini təqdim edib, məktəblilər vətənə, şəhidlərə, ordumuza həsr edilmiş şeirlər deyiblər, Hərb Tarixi Muzeyinin eksponatları ilə tanış olub, zabitlərin müşayiəti ilə hərbi texnikalara baxıb, xatirə fotoları çəkdiriblər.