"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Vətənpərvərlik duyğuları və milli ruhun gücləndirilməsinə dəstək" layihəsi çərçivəsində N saylı hərbi hissədə Azərbaycanın Milli Qəhrəmanı, şəhid batalyon komandiri, məşhur pəhləvan, mayor Əliyar Əliyev haqqında "Yaddaş" studiyasında çəkilmiş "Pəhləvan Komandir"sənədli filminin təqdimatını keçirib. qhtxeber.az-ın məlumatına görə, Birliyin sədri, yazıçı-publisist, Ə. Əlyevin həyat və döyüş yoluna həs redilmiş "Dağlar oğlu" kitabının müəllifi Hacı Nərimanoğlu igid komandir, məşqçi və güləşçi, idman ustası haqqında xatirələrini danışıb. Filmin nümayişindən sonra əsgər və zabitlər danışıblar. Sənədli filmin Birlik tərəfindən hazırlanmış nəfis tərtibatlı diskləri və kitablar hərbi hissənin kitabxanasına, əsgər və zabitlərə hədiyyə edilib.