SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

BF8 azerBakı, 14 yanvar 2011 (AzərTAc). AzərTAc xəbər verir ki, nümayəndəliyin rəhbəri Türkiyədəki Giresun Universiteti tarix bölməsinin rəhbəri, professor Aygün Attar nümayəndəliyin təyin edilmişdir. Məqsəd Azərbaycan həqiqətlərinin qardaş ölkədə təbliği, Türkiyənin qeyri-hökumət təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsidir. Nümayəndəliyin təşəbbüsü ilə Türkiyənin bir neçə şəhərində 20 Yanvar və Xocalı faciələrinin ildönümüləri ilə bağlı tədbirlər keçirilmişdir.

Azərbaycanın Türkiyədəki layiqli təmsilçilərindən biri-

Giresun Universitetinin rektoru, prof. dr. Aygün ATTAR

 Ömür yolu

Aygün xanım Attar 1965-ci ildə Zəngəzur elinin Qubadlı rayonunda dünyaya göz açıb. 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib. 1988-ci ildə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda namizədlik, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix İnstitutunda doktorluq elmi işini müdafiə edib. 1994-cü ildə dosent, 2003-cü ildə professor adı alıb. Türkiyənin bir sıra nüfuzlu ali məktəblərində çalışıb, 2007-10-cu illərdə Giresun Universitetində çalışıb, rektor yardımçısı olub, Giresun Universitetinin Yüksək Öyrətim Kurulu -YÖK tərəfindən təyin olunan ilk dekanı olan Prof. Dr.Attar 28 mart 2012 –ci ildə Türkiyə Cümhuriyyəti Cümhurbaşkanı Abdullah Gül tərəfindən Giresun Universiteti Rektoru təyin edilmişdir.

Xüsusilə rus arxivlərinə istinadən erməni məsələsi üzərində araşdırmalar aparan Aygün xanım 2000-ci ildən Türkiyənin Dövlət Arxivləri Genel Müdürlüyü ilə Azərbaycan Baş Arxiv İdarəsi arasında imzalanan anlaşmaya uyğun olaraq Türk tarixinin ortaq sənədlərə, bəlgələrə dayanaraq araşdırılmasına yönəlik çox sayda projenin koordinatoru olmuşdur. Çox sayda uluslararası konfranslarda məruzələr etmiş, xüsusən Azərbaycan həqiqətlərinin təbliğində dəyərli fəaliyyət göstərmişdir. 50-dən çox məqaləsi Türkiyədən xaricdə dərc olunub, 5 kitabı çıxıb; 2 kitabı Azərbaycanda dərs vəsaiti kimi istifadə olunur, 2006-cı ildə nəşr edilən “İran’ın Etnik Yapısı” kitabı “Newsweek Türkiye Dergisi”nin ən yaxşı 112 kitab siyahısında yer alıb. Tərcümələri də vardır. Qafqaz bölgəsinin müasir geopolitik durumu və özəlliklə Türkiyə-Azərbaycan əlaqələri mövzusunda çox sayda TV proqramlarında çıxışlar edir, birgə tədbirlərin təşkili və keçirilməsində fəallıq göstərir, Türkiyə-Azərbaycan arasında dostluq, qardaşlıq körpüsünün qurulmasında öz sanballı töhfəsini ilbəil artırır. Rektoru olduğu Universitetdə onlarla azərbaycanlının ali təhsil almasına şəxsi dəstəyini əsirgəmir.