SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Şuşasız 21 il

susa8 may 1992-ci il, tariximizin qara səhifəsidir. 21 ildir Şuşa həsrətindəyik.

Torpaq onun üstündə yaşayanlarındır, havasını udanların, əkib becərib bəhrəsini yeyənlərindir, öləndə ağuşunda yatanlarındır. 21 il əvvələ kimi Şuşa bizim idi, 21 ildi bizim deyil, səfasını görənlərindir. Şuşanın əsir alınması ilə Dağlıq Qarabağ və ətrafındakı 7 rayonumuzun da asanlıqla rus-erməni hərbi-siyasi blokuna təslim edilməsinə yol açıldı. Şuşa adının ucalığı, tarixi, mənəvi dəyəri bir də orasında idi... o ucalıqdan düşdük. Şuşa Azərbaycanın təkcə 289 kvadrat kilometrlik ərazisi deyildi, həm də Qarabağın, Azərbaycanın rəmzi idi, simvol idi. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.