SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

zengezur. com veb-saytının təqdimatı olmuşdur

tedbir saytBakı, 6 iyun 2013-cü il (AzərTAc). Azərbaycan Dövlət Pedaqoji Universitetinin Heydər Əliyev Mərkəzində Zəngəzurun tarixinə həsr edilmiş veb-saytın (www.zengezur.com) təqdimatı olmuşdur. Sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Zəngəzur” Cəmiyyətləri Birliyi tərəfindən hazırlanmışdır.Birliyin sədri və layihənin rəhbəri Hacı Nərimanoğlu 14 bölmədən ibarət saytda yerləşdirilmiş materiallar barədə ətraflı məlumat vermişdir. O, yeni saytda Zəngəzur mahalının tarixi keçmişi, tanınmış şəxsiyyətləri haqqında yazılan kitab və məqalələrin, sənədlərin, rus və ingilis dillərində məlumatların da toplandığını, bu internet resursun daim zənginləşdiriləcəyini, Azərbaycanın tarixi həqiqətlərinin öyrənilməsi, təbliğində faydalı olacağını vurğulamışdır.

Təqdimatda “Zəngəzur” Cəmiyyətləri Birliyi Ağsaqqallar Şurasının sədri, AMEA-nın müxbir üzvü Vəli Əliyev XX əsrdə azərbaycanlıların indiki Ermənistan ərazilərindən deportasiyası və soyqırımının tarixi-siyasi fakt olaraq ilk dəfə ümummilli lider Heydər Əliyevin imzaladığı sənədlərdə əksini tapdığını vurğulamışdır. O, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində ardıcıl, qətiyyətli fəaliyyətindən danışaraq, dövlətimizin başçısının 2010-cu il sentyabrın 16-da İstanbulda keçirilmiş türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında nitqində dediyi sözləri xatırlatmışdır:“Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulubdur. Biz xəritəyə baxsaq görərik ki, əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı”.

Tədbirdə çıxış edən Respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, professor Süleyman Məmmədov, tarix fakültəsinin dekanı, professor Oqtay Sultanov, fəlsəfə kafedrasının müdiri, professor Məmməd Balayev, professor Rəcəb Əliyev və digər tanınmış alim və ziyalılar Zəngəzurun tarixindən, bu mahalın Azərbaycan türklərinin əzəli yurd yerləri olmasından, 92 il əvvəl xalqımızın iradəsi əleyhinə olaraq mahalın 6742 kvadrat verstlik ərazisinin çox hissəsinin zorla qoparılıb Ermənistana birləşdirilməsindən tarixi fakt və sənədlərin dili ilə bəhs etmişlər. İtirilmiş torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası üçün informasiya təminatının mühüm amillərdən olduğu bildirilmiş, yeni elektron resursun əhəmiyyətindən danışılmışdır.
Tədbirdə saytın videoarxivində toplanmış ulu Zəngəzur ellərinin görüntülərinin əks olunduğu ədəbi-musiqili videolentlər elektron tabloda nümayiş etdirilmişdir.
Sonda müəllim və tələbələrə Birliyin sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü  Hacı Nərimanoğlunun “Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular” kitabının nüsxələri paylanmışdır.
DSC08276DSC08261






 



DSC08264   DSC08262









DSC08285DSC08284

 

 

 

 

 

 

 

 

 

 

http://www.zengezur.com/images/teqdimat.jpg