SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

“Zəngəzur” Cəmiyyətləri Birliyinin Bəyanatı

azerimapCəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarının işğalının 20 iilliyi ilə bağlı BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin dövlət və hökumət başçılarına

 

 

Çin Xalq Respublikasının Sədri c-b Si Tszinpinə

Rusiya Prezidenti c-b Vladimir Putinə

Fransa Prezidenti c-b Fransua Ollanda

İngiltərə Baş naziri c-b Devid Kemerona

ABŞ Prezidenti c-b Barak Obamaya

 

Cənablar! Sizə məlum olduğu kimi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam (rayon mərkəzi və ərazisinin böyük hissəsi), Füzuli (rayon mərkəzi və ərazisinin böyük bir hissəsi) inzibati rayonları 1989-1993-cü illərdə Ermənistan tərəfindən işğal olunmuşdur. Hal-hazırda Azərbaycanın İranla 198 km və Ermənistanla 360 km –558 km uzunluğunda dövlət sərhəddi Ermənistan tərəfindən pozulub və bu dövlətin nəzarəti altındadır.

1992-93-cü illərdə BMT Təhlükəsizlik Şurasının bununla bağlı bir-birinin ardınca qəbul etdiyi 4 qətnamədə Ermənistan tərəfindən işğal olunmuş ərazilərin boşaldılması tələb edilmişdir. ATƏT, İslam Konfransı Təşkilatı, AŞPA-nın sayı 20-ni ötən rəsmi sənədlərində də Ermənistan tərəfindən Azərbaycan ərazisinin işğalı faktı açıq-aşkar təsdiq edilmişdir.

           Acı təəssüflər olsun ki, dünya birliyinin, beynəlxalq təşkilatların bu tələbi, BMT üzvü, həm də 24 oktyabr 2011-ci ildə BMT TŞ-nın qeyri-daimi üzvü seçilmiş Azərbaycanın pozulmuş hüququ bərpa olunmamışdır. Bu illər ərzində bəşər sivilizasiyasına dəyərli töhfələr bəxş etmiş Azərbaycan xalqının dünyada əsas söz sahibi olan BMT TŞ-nın 5 daimi üzvü-Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ-ın ədalətli mövqeyinə, azadlıq, demokratiya, insan hüquqlarının bərpası uğrunda çağırışlarının səmimiliyinə inamının azalması ilə də müşahidə olunmuşdur.

Avqustun 23-31-də Azərbaycanın 200 minə qədər əhalisi olan Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının erməni silahlı qüvvələri tərəfindən işğalının 20 ili tamam olur. Bu rəqəmin arxasında 20 ildir ki, dünyaya göz açdığı torpaqda yaşamaq haqqı əlindən alınan, nisgilli həsrətlə həyatdan köçən on minlərlə insanın dözülməz üzüntüləri, mənəvi əzabları dayanır. Məgər bundan daha dəhşətli insan haqları pozuntusu, ədalətsizlik, bundan daha ağır faciə ola bilərmi?!

Azərbaycan xalqı, sayı bir milyonu keçən qaçqın və məcburi köçkünlər BMT TŞ-nın üzvü olan dövlətlərdən təcavüzkar Ermənistan tərəfindən pozulan hüquqlarının müdafiəsi, öz evlərinə dönə bilmələri, sülh, əmin-amanlıq içində yaşamaları istiqamətində real nəticəsi olan, həm də indiyədək dünyanın bir çox bölgələrində uğurla sınaqdan keçən qətiyyətli, təsirli hərəkətlər gözləməkdədir.

Bu, həm də narahat dünyamızın bu günkü və gələcək nizamının qorunub saxlanması üçün Haqqın, Ədalətin zəfər çalması naminə Sizlərin şəxsən göstərmiş olduğunuz müdrik, humanist addım kimi tarixin yaddaşına yazılmış olardı.

 

Hörmətlə ,

“Zəngəzur” Cəmiyyətləri Birliyi İdarə Heyətinin sədri:                         Hacı Abdulla

               28/08/2013