SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Əyyub Abasovun “Zəngəzur” romanı nəşr edilib

Eyyub-Abbasov-yazarphotoİstedadlı yazıçı, şair, dramaturq, jurnalist, əməkdar incəsənət xadimi Əyyub Abasovun “Zəngəzur” romanı iki kitabda nəfis tərtibatla nəşr edilmişdir. Azərbaycanın tarixi Zəngəzur mahalında 1918-20-ci illlərdə yaşanmış faciələri zəngin tarixi faktlarla, bədii detallarla əks etdirən bu əsər dövrün hadisələrini dəyərləndirmək baxımından əvəzsiz mənbədir.

Müəllif özü də bu qanlı qırğınları gözləri ilə görüb, doğulub uşaqlıq illərini keçirdiyi Sisyanın Şəki kəndindəki ev-eşikləri daşnak ordu hissələrinin əli ilə yağmalanıb yandırılıb, çox sayda doğma və əzizlərini itirən gənc Naxçıvana pənah aparıb, burada öz əməyi, iradəsi, istedadı ilə oxuyub xalqın maariflənməsinə mühüm töhfələr verib, məsul vəzifələrdə çalışıb, qısa, lakin şərəfli ömür yaşayaraq özündən sonra zəngin bədii irs qoyub gedib.

Ə.Abasov 1957-ci ilin dekabrında 52 yaşında vəfat edib. (Müəllif haqqında geniş məlumat “Məqalələr” bölümündə)