SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri Türkiyədə görüşlər keçirib

10474168 886489994700153 450445550 nAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı çərçivəsində “Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri yazıçı-publisist Hacı Nərimanoğlu Türkiyədə bir sıra görüşlər keçirmişdir.
O, Rizə şəhərindəki  Rəcəb Tayyib Ərdoğan Universitetinin rektoru Prof.Dok. Hüseyin Karaman ilə görüşüb, rektora  müəllifi olduğu, Bakıda nəşr edilmiş  “Rəcəb Tayyib Ərdoğan” kitabını hədiyyə edib. Universitetin Kitabxana Mərkəzində tədbir təşkil olunub. Səmimi əhvali-ruhiyyədə keçən görüşdə Birliyin sədri çıxış edib.

Kitabxanya Azərbaycan, türk, ingilis, ərəb dillərində kitablar, Heydər Əliyev Fondunun layihəsi olan  audio-video disklər, ermənilərin Qarabağda törətdikləri qətliamları əks etdirən foto-albomlar hədiyyə edilmişdir.

Zəngəzurun Cicimli kəndində (Laçın rayonu) dünyaya göz açmış, nəqşibəndi təriqətinin ən nüfuzlu şeyxlərindən olan Mirhəmzə Seyid Nigari (1805-1885) adı 150 ildən çoxdur ki, Osmanlı-Türkiyədə “Şahzadələr şəhəri” kimi tanınan Amasya bölgəsində xüsusi ehtiramla, məhəbbət və sevgi ilə çəkilir. Onun məzarı üzərində ucaldılmış möhtəşəm məscid  Amasyalıların gündəlik ibadət yerinə çevrilib.
 “Zəngəzur” Cəmiyyətləri Birliyi sədrinin Türkiyənin Amasya şəhərində keçirdiyi görüşlər məscidin qarşısında toplaşan dindarlarla oldu. XIX əsrdə çar Rusiyasının təqibləri səbəbindən Şamaxı, Qazax, Laçından köç etmiş insanların törəmələri olan ağsaqqalların, dindarların Azərbaycan, Qarabağla bağlı çoxsaylı sualları cavablandırıldı. Onlara Azərbaycanın görməli yerlərini, son illər əldə etdiyi uğurları əks etdirən foto-albomlar paylandı, Bakıda nəfis tərtibatda nəşr edilmiş  826 səhifəlik “Mir Həmzə Seyid Nigari Divanı”  məscidə hədiyyə edildi. Faktlarla qeyd edildi ki, bu bölgədən Azərbaycan kökənli onlarla TBMM millət vəkili, bələdiyyə başqanı, hərbi, siyasi, elm xadimi çıxıb. İyunun son günlərində Amasyadan Qazax, Kürdəmir, Ağsu, Şamaxı rayonlarına avtobusla səyahətə yola düşəcək qrup üzvləri də ata-baba yurdları ilə görüşü həsrətlə gözlədiklərini bildirdilər. Bu xeyirxah işin təşkilatçısı, Amasyalıların könlündə Azərbaycan, Seyid Nigari sevgisinin şölələnməsində çoxlu xeyirli işlər görən hörmətli ziyalı Muttalip Ulutanrıverdinin səyləri yüksək dəyərləndirildi.
Amasya Universitetinin Konqres və Kültür Mərkəzində keçirilən görüşdə də Azərbaycan sevgisi, Türkiyə-Azərbaycan qardaşlığı, Qarabağ əsas müzakirə mövzusu oldu. “Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri, yazıçı-publisist Hacı Nərimanoğlu Universitetə Azərbaycan haqqında kitablar, video-disklər, yazarlarımızın türk dilində çıxmış bədii əsərlərini, Qarabağ haqqında türk, ingilis, fars dillərində nəşr edilmiş kitablar, erməni qətliamlarını əks etdirən foto-albomlar təqdim etdi, xatirə şəkilləri çəkildi.
Qara dəniz bölgəsinin ən böyük universiteti Türkiyənin ən gözəl məkanlarından olan Samsundakı  “Ondokuz Mayıs Üniversitesi”- OMÜ-dür. 1975-ci ildə qurulmuş universitet adını Qurtuluş Mücadiləsinin başlangıç nöqtəsi olan Mustafa Kamal Atatürkün Samsuna ayaq basdığı “19 Mayıs 1919” tarixindən alan OMÜ, eyni zamanda Atatürkün doğum gününə işarət edir. OMÜ-nün 45.000 tələbə, 2.138 akademik personeli, 3.937 çalışanı var. 76 ölkədən gələn 1400 xarici tələbənin 250-si azərbaycanlıdır, burada bir neçə müəllim də çalışır.
Ondokuz Mayıs Üniversitesi Tarix Bölümü Başkanı Prof. Dr. Nedim İpek digər professorlarla birlikdə “Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri ilə səmimi söhbət etdilər, bir-birinə kitablar hədiyyə etdilər.
Daha bir görüş Samsun Türk Ocağı Başkanı Prof.Dr.Kaya Tuncer Çağlayan ilə oldu. İki ölkənin sivil toplum kuruluşları-QHT-ləri ilə əlaqələrinin genişlənməsinin vacibliyi qeyd edildi.
Birlik sədrinin 7 gün davam edən, Gürcüstan və Türkiyənin Qara dəniz sahili uzunu 3 min kilometrlik avtomobil yolu qət edən səfəri başa çatdı.