SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Zəngəzurun tarixinə dair yeni kitab

Z-KitabYazıçı-publisist Hacı Nərimanoğlunun sayca 12-ci olan “Zəngəzur və Qarabağda ermənilərin törətdikləriqətliamlar Osmanlı-Türkiyə mənbələrində” kitabı çapdan çıxıb. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-HökumətTəşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Zəngəzur”Cəmiyyətləri Birliyi tərəfindən həyata keçirilən ”Ermənilərin Zəngəzur və Qarabağdatörətdikləri soyqırıma dair Osmanlı-Türkiyə arxivlərində saxlananmaterialların tədqiqi, toplanması, dərci, Türkiyə və Azərbaycanda mövzuilə bağlı tədbirlərin təşkili“ layihəsi çərçivəsində nəşr edilib.

Ön sözün müəllifi Milli Məclisin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanındaQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri,siyasi elmlər üzrə fəlsəfə doktoru Azay Quliyevdir. Elmi redaktorA. Bakıxanov adına Tarix İnstitutunun Elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Cəbi Bəhrəmov, məsləhətçi “Zəngəzur” Cəmiyyətləri Birliyi Ağsaqqallar Şurasının sədri,Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix kafedrasınınmüdiri, AMEA-nın müxbir üzvü, professorVəli Əliyevdir.

“QHT Nəşriyyatı”mətbəəsində işıq üzü görən kitabda əsrlərlə Azərbaycanın bir parçası olmuş, Qarabağın,Zəngəzur mahalının qəlbimizdə sağalmaz yaraya çevrilmiş nisgillikeçmişi, ağrılı faciələri yada salınır, bu hadisələrin Osmanlı-Türkiyəarxivlərində qorunub saxlanan yazılı izlərini günümüzədək yaşadan çoxayda sənəd təqdim edilir. Taleyin acı hökmü ilə bu torpaqlardan başgötürüb qardaş Anadolu torpaqlarına köç etməyə məcbur qalan insanlara ağır durumda olan Osmanlı dövlətində göstərilən qardaşlıq köməyi,ürəkləri riqqətə gətirən qayğı xatırlanır. XX əsrin əvəllərində Qarabağ,Zəngəzur ellərində törədilən qətliamlara rəvac verən tarixi, hərbi-siyasivəziyyət şərh edilir, Türkiyə-Azərbaycan qardaşlığının nə qədər etibarlı dayaqlara söykəndiyi çoxsaylı faktların dili ilə ortaya qoyulur, XX əsrinəvvəlində və sonunda Anadolu və Qafqazda baş verən olayların vahid gücmərkəzlərindən idarə edilən eyni bir planın tərkib hissəsi olduğudəlillərlə, konkret sənədlərlə diqqətə çatdırılır, paralellər aparılır, oxucu mühakiməsinə, düşüncəsinə xeyli suallar da ünvanlanır. Arxivmateriallarının Anadolu türkcəsindən çevirməsiz verilməsi türk dillioxucuların da bu materiallardan yararlanmasına, məlumatlandırılmasınaimkan verir.Türkiyə mənbələrinə, arxiv sənədlərinə istinadla qələmə alınanmaterialların bir çoxu Azərbaycan oxucusuna ilk dəfə bu kitabdaçatdırılır.22 ildən çoxdur bütünlüklə erməni işğalında qalan Zəngəzur ellərinəqayıdış həsrəti ilə yaşayanlarla bərabər, bu kitabın qəlbində Vətən,Azərbaycan, Türkiyə sevgisi daşıyan hər kəs üçün maraqlı olacağınainanırıq.

Kitabın elektron-PDF variantı saytın "Kitablar" bölümündə yerləşib.