SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

“Zəngəzur” İB vətənpərvərliklə bağlı layihəyə start verib

 “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətənpərvərlik duyğuları və milli ruhun gücləndirilməsinə dəstək” layihəsinə Azərbaycan Hərb Tarixi Muzeyində “Ordumuz-qürurumuzdur” mövzusunda tədbirlə başlayıb.
26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr olunmuş tədbirdə  işğal olunmuş 6 rayondan 60 məcburi köçkün məktəbli, çağırışçı gənc və müəllim iştirak edib. Muzeyin iclas salonunda keçirilən tədbirdə Birliyin sədri, yazıçı-publisist Hacı Nərimanoğlu açılış nitqi söyləyib.
Muzeyin rəisi, Qarabağ müharibəsi veteranı, polkovnik Əzizağa Qənizadə QHT-nin çağırışçı gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə, hərb tariximizlə bağlı gənclərin məlumatlandırılmasına, Milli Ordumuzda gedən son keyfiyyət dəyişiklikləri barədə ictimaiyyətə informasiyalar ötürülməsində vətəndaş cəmiyyəti institutlarının fəal iştirakını qeyd edərək tədbirin təşkilatçılarına təşəkkür edib.

Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov əlamətdar bayramla əlaqədar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev başda olmaqla Ordumuzun şəxsi heyətini təbrik edib.

Hərbi vətənpərvərlik ruhlu mahnıların mahir bəstəçisi Sevinc Tofiqqızı “İgidlər yurdusan, ey Azərbaycan!” video-klipini təqdim edərək belə tədbirlərin əhəmiyyətli olduğunu vurğulayıb.

Məktəblilərin ifasında vətənə, şəhidlərə, ordumuza həsr edilmiş şeirlər səslənib.

Şagird, çağırışçı gənc və müəllimlər Hərb Tarixi Muzeyinin eksponatları ilə tanış olub, sonra zabitlərin müşayiəti ilə hərbi texnikalara baxılıb, xatirə fotoları çəkilib.