SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Şuranın dəstəklədiyi layihə çərçivəsində Milli Qəhrəmana həsr olunmuş sənədli filmin təqdimatı olub

"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Vətənpərvərlik duyğuları və milli ruhun gücləndirilməsinə dəstək" layihəsi çərçivəsində N saylı hərbi hissədə Azərbaycanın Milli Qəhrəmanı, şəhid batalyon komandiri, məşhur pəhləvan, mayor Əliyar Əliyev haqqında "Yaddaş" studiyasında çəkilmiş "Pəhləvan Komandir"sənədli filminin təqdimatını keçirib.
qhtxeber.az-ın məlumatına görə, Birliyin sədri, yazıçı-publisist, Ə. Əlyevin həyat və döyüş yoluna həs redilmiş "Dağlar oğlu" kitabının müəllifi Hacı Nərimanoğlu igid komandir, məşqçi və güləşçi, idman ustası haqqında xatirələrini danışıb.

Filmin nümayişindən sonra çıxış edən əsgər və zabitlər Əliyar Əliyev kimi qəhrəmanları özlərinə örnək saydıqlarını, belə tədbirlərin hərbi vətənpərvərlik, döyüş, mənəvi ruhun gücləndirilməsində mühüm rolundan danışıblar. Hissə komandanlığı əhəmiyyətli tədbirin, unudulmaz görüşün təşkilinə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirib.

Sənədli filmin "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi tərəfindən hazırlanmış nəfis tərtibatlı diskləri və kitablar hərbi hissənin kitabxanasına, əsgər və zabitlərə hədiyyə edilib.