SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

“Azərbaycanın müdafiəsinə hazırıq!”

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətənpərvərlik duyğuları və milli ruhun gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində Qəbələ rayonunun Nic qəsəbəsindəki 2 nömrəli orta məktəbdə udin gənclərlə “Azərbaycanın müdafiəsinə hazırıq!” mövzuda maarifləndirici mühazirə təşkil edib.

 

 

 


qhtxeber.az-ın məlumatına görə, Birliyin sədri, yazıçı-publisist Hacı Nərimanoğlu tədbiri giriş nitqi ilə açaraq deyib ki, Azərbaycanda milli, etnik azlıqların ölkəmizin bərabərhüquqlu vətəndaşları olduğunu, dini etiqad azadlığının qorunub saxlandığını konkret faktlarla diqqətə çatdırıb. Bunu ən bariz nümunəsinin ən qədim dövrlərdən başlayaraq ölkəmizdə yaşamış xristian udinlərin timsalında aydın göründüyünü deyib. Mühazirəçi Nic qəsəbəsinin, buradakı Alban kilsəsinin və udi xalqının tarixi ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, Qəbələ-Oğuz avtomobil yolunun kənarında Alazan-Həftəran vadisində ən iri yaşayış məskəni olan Nic ərazisinə görə Qəbələdə birincidir. Altı mindən çox əhalisi olan qəsəbədə 4 min nəfərə yaxın udin yaşayır. Dünyada yaşayan udilərin sayı isə 10 minə yaxındır. Qəsəbədə udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Dünyanın etnik xəritəsində udi adlı etnos bu gün yalnız Azərbaycan ərazisində mövcuddur. Alban-udin kilsəsi Qafqaz Albaniyasında xristianlığın ilk təbliğatçılarından (I-II əsrlər) olub. Kilsə İsa peyğəmbərin həvarilərindən (apostol) olmuş müqəddəs Yeliseyin şərəfinə tikilib. Qəsəbədə daha iki qədim Alban kilsəsi var.2005-ci ildən Nic kəndinə şəhər tipli qəsəbə statusu verilib. Nicdə ilk udin məktəbi 1854-cü ildə açılıb, müəllimlər içərisində yerli sakinlərdən –udinlər də var idi. İndi Nic qəsəbəsindəki “Cotari” Alban kilsəsində dini icma, Udin Mədəniyyət mərkəzi fəaliyyət göstərir. H. Nərimanoğlu udinlərə dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıb. Heydər Əliyev Fondunun layihəsi əsasında müasir tələblərə cavab verən məktəb tikilib, dövlət başçımızın iştirakı ilə açılışı olub. İbtidai sinif şagirdləri üçün udin dili də tədris olunur. Qəsəbədə çox sayda qədim tarixi abidələr qorunub saxlanır.

Mühazirəçi 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini söyləyib, qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun tənzimlənir, hər kəsin dini etiqad azadlığını təmin olunur. Udinlər ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda digər vətəndaşlarımızla çiyin-çiyinə vuruşublar, elmin, istehsalatın müxtəlif sahələrində vicdanla çalışırlar. Aprel döyüşlərinin xalqımızın mənəvi ruhunu yüksəltdiyini deyən mühazirəçi udin gənclərin də Milli Ordu sıralarında xidmət edirlər.

Tədbirdə çıxış edən Nic qəsəbə 2 nömrəli orta məktəbin direktoru Asya Qukasova, Qəbələ Rayon İcra Hakimiyyətinin Nic qəsəbəsi üzrə nümayəndəsi İbrahim Məmmədov, Azərbaycan dili və ədəbiyyatı müəllimi Şahid İslamov çıxış edərək deyiblər ki, udilərözlərini ölkəmizin tam hüquqlu sakinləri sayırlar, dövlətimizin milli, dini-tolerantlıq, multikultural sahədə siyasətini ürəkdən bəyənirlər.
Mühazirəçi udin gənclərini maraqlandıran sualları cavablandırıb.

Dinləyicilərə Azərbaycan dilində kitablar hədiyyə edilib, tədbir iştirakçıları xatirə fotoları çəkdiriblər.

Hamlet
qhtxeber.az