SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİNƏ YENİ SƏDR SEÇİLİB

2010-05-11 - 15:24:00

Şəkildə: yeni və keçmiş sədr

"Media forum" saytı xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hacı Nərimanoğlu Zəngəzur Cəmiyyətləri Birliyi İdarə Heyətinin sədri seçilib.
İdarə Heyətinin əvvəlki sədri Tofiq Şəfaət oğlu Mehdiyev idi.
İdarə Heyətinin yeni sədrin seçilməsi ilə bağlı iclasında Tofiq Mehdiyev ölkənin ilk ictimai təşkilatlarından olan Zəngəzur Cəmiyyətləri Birliyinin ötən dövrdəki fəaliyyətindən, birliyin ilk sədri, tanınmış dövlət və ictimai xadim mərhum Kamran Hüseynovun qurumun təşkilatlanması və nüfuzunun yüksəlməsi sahəsində göstərdiyi xidmətlərdən danışıb.

Eyni zamanda, Tofiq Mehdiyev mərhum prezident Heydər Əliyevin bu birliyə həmişə qayğı göstərdiyini deyib.
Tofiq Mehdiyev İdarə Heyətinin sədrliyindən azad olunmasını xahiş edərkən bunu birliyin fəaliyyətinin canlandırılması, qurumun rəhbərliyində fəal, savadlı gənclərin təmsil olunması və yaşı ilə əlaqələndirib.
İdarə Heyətinin qərarı ilə Zəngəzur Cəmiyyətləri Birliyinə rəhbər seçilən Hacı Nərimanoğlu toplantının sonunda Tofiq Mehdiyevə uzun illər təşkilatçılıq işində çəkdiyi zəhmətə görə təşəkkürünü bildirib.
"Media forum"