SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

QHT 183 yazarı iki almanaxda birləşdirdi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi tərəfindən həyata keçirilən "Etnik qruplar arasında azərbaycançılıq ideologiyasının təbliği və mədəni müxtəlifliyin inkişafına dəstək” layihəsi çərçivəsində Qusar şəhər 1 saylı tam orta məktəbin iclas zalında “Azərbaycan - ümumi evimiz, doğma Vətənimizdir” mövzuda konfrans keçirilib.

Tədbirdə, həmçinin, Vətənimizin şimal bölgəsində yaşayan, Azərbaycan, ləzgi, tat, xınalıq, dağ yəhudiləri, qırız, buduq dillərində yazıb yaradan 55 şair və nasirin yaradıcılığından 8 dildə seçmələrin toplandığı “Bir yanı Şah dağı, bir yanı Xəzər” adlı kitabın təqdimatı da olub.  Birliyin və layihənin rəhbəri, yazıçı - publisist Hacı Nərimanoğlunun və məktəbin direktoru “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” Arif Xəlilovun məruzələrində  əsrlərdən bəri müxtəlif xalq və etnosların Azərbaycan ərazisində mehriban bir ailə kimi yaşadığı, bu qədim torpaqların Qafqaz türkləri ilə bərabər, çox sayda etnosların da doğma vətəni olduğu vurğulanıb. Azərbaycanın haqlı olaraq dünyada multikultural, tolerant ölkələrdən biri kimi tanındığı, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının bir çox istedadlı nümayəndələrinin bu azsaylı xalqların yetirmələri olduğu qeyd edilib. Həmin xalqların nümayəndələrinin bir çoxunun yaradıcılığından seçmələrin ilk dəfə bir kitabda işıq üzü gördüyü gərəkli təşəbbüs kimi dəyərləndirilib, QHT Şurasının bu cür layihələrin icrasına göstərdiyi diqqət və qayğı yüksək qiymətləndirilib.
Nəfis tərtibatlı nəşrdə toplanmış şeir, hekayə və esselərdə Azərbaycan, Torpaq, Vətən məhəbbəti, Qarabağ dərdi, Şəhidlərə hörmət, dünyaya, insana sevgi, nəcib insani duyğuları tərənnüm edən əsas yer tutur.
Tədbirdə şagirdlərin ifasında müxtəlif dillərdə səslənən şeirlər maraqla qarşılanıb.



“Bir yanı Şah dağı, bir yanı Xəzər” kitabının nüsxələri müəlliflərlə bərabər bölgənin mədəniyyət, təhsil obyektlərinə, konfrans iştirakçılarına  də hədiyyə edilib.
QHT tərəfindən iştirakçılara ölkəmizdə yaşayan azsaylı xalqların tarix, mədəniyyət, məişətini, turizm imkanlarını əks etdirən sənədli filmlərin toplandığı audio - video disklər də  paylanıb.
Qeyd edək ki, layihə çərçivəsində bundan əvvəl Vətənimizin cənub regionunda yaşayan, Azərbaycan və talış dillərində yazıb yaradan 128 şair və nasirin yaradıcılığından seçmələrin toplandığı “Gəl bizim yerlərə...” kitabı da nəşr edilərək təqdimatı təşkil olunub. Beləliklə, QHT-nin  bir layihəsi 10 dildə yazıb yaradan 183 müəllifi iki kitabda bir yerə toplayıb.