SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

“Zəngəzur” CB sədrinin erməni yalanlarını ifşa edən məqaləsi Avstriya jurnalında


Avstriyanın paytaxtı Vyanada çapdan çıxan, humanitar və ictimai elmlər  sahəsində Avropanın ən mötəbər nəşrlərindən sayılan “European Journal of Humanities and Social Sciences” jurnalının 2017-ci il 3-cü nömrəsində "Zəngəzur" CİB-nin sədri, zengezur.com saytının baş redaktoru Hacı Nərimanoğlunun ingilis dilində “XIX - XX əsrlərdə Şimali Azərbaycanın Zəngəzur bölgəsində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı və deportasiyanın demoqrafik nəticələri ” məqaləsi dərc edilib.

Məqalədə sənədlər, arxiv materialları ilə göstərilir ki, XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Rusiya imperiyası və Qacarlar dövləti arasında bölüşdürülməsi ilə 7.892 kv.km ərazini əhatə edən tarixi Zəngəzur mahalının yerli əhalisi olan türklərin (azərbaycanlıların-H.A) həyatında faciələrin əsası qoyulmuşdur. Çar Rusiyasının Cənubi Qafqazda həyata keçirdiyi müstəmləkə siyasətinin mühüm formalarından biri olan əhali köçürülməsi bölgənin demoqrafik vəziyyətində ciddi dəyişikliklərə gətirib çıxarmış, indiki İran və Türkiyə ərazisindən köçürülən erməni əhalinin Zəngəzurda kütləvi yerləşdirilməsi və əksinə, yerli azərbaycanlıların soyqırımı, deportasiyası  nəticəsində ermənilərin sayı ilbəil artmağa başlamışdır. Məşhur rus tədqiqatçısı, köçürmə işlərinə məsul dövlət məmuru N.Şavrovdan gətirilən sitatlardan aydın olur ki, Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları çar Rusiyası buraya köçürüb gətirmişdir. 1905-1906-cı il ermənilərin törətdikləri ilk kütləvi qırğınlar ərəfəsində Zəngəzur qəzasında mövcud olmuş 406 yaşayış məntəqəsindən 314-də müsəlmanlar yaşamışlar. Erməni müəllifləri S.Zavaryan və A-do həmin illərdə Zəngəzur qəzasında ermənilər tərəfindən tamam dağıdılmış 43 müsəlman kəndinin siyahısını vermişdir. 1917-1920-ci illərdə Zəngəzurun türk əhalisi ikinci dəfə soyqırımı və deportasiya ilə üzləşmiş, lakin 1906-cı ildən fərqli olaraq, bu dəfə onların əksəriyyətinə öz doğma yerlərinə qayıtmaq müyəssər olmamışdı. 1918-ci il sentyabrın əvvəllərində ABŞ, Böyük Britaniya, Fransanın təpədən dırnağadək silahlandırdığı Andronik komandanlığında 10 min nəfərlik erməni nizami ordusu əsil quldur dəstələrinin  Zəngəzurda dinc müsəlman əhaliyə qarşı amansız soyqırımı nəticəsində 50000 nəfərdən çox müsəlmanın öz yurdundan qaçqın düşdüyü, 115 kəndin yer üzündən silindiyi, 10 mindən çox müsəlmanın öldürüldüyü məqalədə arxiv sənədləri ilə sübuta yetirilir. Zəngəzurdan qovulmuş 50 mindən çox azərbaycanlı qaçqının yalnız 5 min nəfərinin sonradan öz vətəninə dönə bildiyi qeyd edilir. Göstərilir ki, 1917-ci ilə aid statistik məlumatlara görə, Zəngəzur qəzasında bu soyqırım başlanana qədər azərbaycanlılar 123085 ( 55 faiz), ermənilər isə 99257 (44,3 faiz) təşkil edirdisə, SSRİ-nin 1926-cı il siyahıyaalınmasının nəticələrinə görə bölgədə azərbaycanlıların sayı 5 mindən az olmuşdur. 1988-ci ildən başlayaraq SSRİ rəhbərliyinin və Qərbin bir çox dövlətlərinin fəal siyasi, mənəvi, hərbi dəstəyi ilə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətini, vilayətdən kənarda  əlavə 7 rayonu, dövlət sərhədləri boyunca yerləşən bir çox ərazilərini  işğal etmişdir. Mülki əhalinin kütləvi qətliamları, talan, qarətləri ilə müşayiət olunan bu proses nəticəsində 1992-1993-cü illərdə tarixi Zəngəzur bölgəsi rus-erməni hərbi birləşmələri tərəfindən tamamilə işğal olunmuş, əhalisi son nəfərinə qədər əsrlərlə yaşadığı yurd yerlərindən qovulmuş, zəngin tarix, mədəniyyət abidələri məhv edilmişdir.

Məqalə müəllifi Hacı Abdulla bildirmişdir ki, jurnalın redaksiya heyəti əvvəlcə erməni və xristian mövqeyindən çıxış edərək məqaləni dərc etməkdən imtina etsə də, sonra məhz çoxsaylı erməni, rus, ingilis müəlliflərinin əsərlərindəki obyektiv istinadlarla razılaşmalı olub, məqaləni tam şəkildə dərc ediblər. Qeyd edək ki, jurnalın bu nömrəsində 9 ölkəni təmsil edən 15 alimin, o cümlədən iki erməni alimin məqaləsi də yayılmışdır. “European Journal of Humanities and Social Sciences” jurnalında çıxan məqalələr rus, alman, ingilis dillərində dərc olunur və Avropanın əksər elm mərkəzlərinə və universitetlərinə göndərilir, saytlara yerləşdirilir. http://azertag.az/xeber/Avstriya_jurnalinda_ermenilerin_isgalchiliq_siyasetinin_mahiyyetini_achan_elmi_meqale_yer_alib-1075448 (Bu informasiya AZƏRTAC, Xalq, Azərbaycan, Elm və d. qəzetlərdə dərc olunub, saytlarda yayılıb.)