SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Türkiyə Atatürkdən Ərdoğanadək


29 oktyabr - Türkiyə Cümhuriyyətinin quruluş günüdür
Türkiyə Böyük Millət Məclisinin 29 oktyabr (29 Ekim) 1923-cü ildə qəbul etdiyi qərarla dünyaya yeni bir dövlətin - Türkiyə Cümhuriyyətinin qurulduğu elan edildi, Qazi Mustafa Kamal Paşa Atatürk Cümhurbaşkanı seçildi. Ulu öndər Atatürk qurucusu olduğu Cümhuriyyətin onuncu il şənliyindəki məşhur nitqində bu günü türk xalqının ən əziz, ən böyük milli bayramı olaraq dəyərləndirmişdi. Müasir Türkiyə-Atatürk (1881, Selanik - 10 noyabr 1938) öndərliyində türk xalqının qəhrəmanlığının şah əsəridir.

Osmanlı Dövləti 4 il sürən Birinci Dünya savaşında dünya gücləri tərəfindən tamamilə işğal, pay-püş edilmiş və bu acı məğlubiyyət Sevr Andlaşması ilə rəsmiləşdirilmiş, möhtəşəm bir imperiya acınacaqlı duruma düşmüşdü. Sultan hökuməti Mustafa Kamala ölüm cəzası kəsmişdi, o isə ölüm cəzasından qaçıb özünü milləti uğrunda ölümün içinə atmışdı. "Mən milli istəyimizin qarantiyası üçün tək yolun savaş, savaşdakı uğurun olduğunu deyirəm. Bütün gücümüzü, bütün qaynaqlarımızı, bütün varlığımızı Orduya verəcəyik. Gücümüzü dünyaya tanıtdıracağıq; yalnız ondan sonra milləti insan kimi yaşatmaq olacaq, deyirəm...Çağdaş bir cümhuriyyət qurmaq insanları insan kimi yaşatmaq, öz haqqını almaq deməkdir".
O bu düşüncənin sahibi idi. 19 may 1919-cu ildə bir neçə zabit dostu ilə kiçik bir gəmidə Samsuna gələn Mustafa Kamal görüşdüyü insanlara soyuqqanlı sakitliklə, qətiyyətli inamla demişdi: "Gəldikləri kimi də gedəcəklər...Tək bir egemenlik var, o da milli egemenlikdir. Ölkəni, yenə ulusun öz gücü qurtaracaqdır". Yurdun hər tərəfindən gələn xalq təmsilçiləri Uca Yaradanın lütfü ilə Ulu Türk Ruhunun bətnindən doğulan Mustafa Kamal Paşanın çağırışı ilə 23 aprel 1920-ci ildə Ankarada Böyük Millət Məclisinə toplandı, "Meclis Başkanı" seçilən Mustafa Kamal öndərliyində Türk Kurtuluş Savaşının başlandığı elan edildi. Tək Çanaqqala Zəfəri Türk və Müttəfiq Dövlətlərin ordusunun yarıyarıya olmaqla 500 mindən çox əsgərinin qanı bahasına başa gəldi. Həmin savaşda Komandan Mustafa Kamal hücuma keçən əsgərlərinə bu əmri vermişdi: " Mən sizə hücum əmri vermirəm, ölməyi əmr edirəm". Dünya ölüm-dirim savaşına qalxan türk qəhrəmanlığı qarşısında aciz qaldığını anladı, gördü. 24 iyul 1923-cü ildə İsveçrənin Lozan şəhərində Türkiyə Böyük Millət Məclisi təmsilçiləri ilə İngiltərə, Fransa, İtaliya, Yaponya, Yunanıstan, Rumıniya, Bolqarıstan, Portuqaliya, Belçika, SSCB və Yuqoslaviya təmsilçiləri "Lozan Barış Antlaşması" imzalandı, Türk millətinə təhqir olan "Sevr Antlaşması" qüvvədən düşdü.
Mustafa Kamal Atatürk Osmanlı Ordusunda zabit olmuş, Balkanlardan Afrikaya qədər ən ağır savaşların önündə getmiş, 23 avqust-13 sentyabr 1921-ci il Sakarya Meydan Müharibəsindəki şəxsi şücaəti, komandanlıq məharətindən sonra Qazi adı almış və marşallığa yüksəlmişdi. Cümhuriyyət Xalq Partiyasını qurmuş və ilk Başkanı olmuşdur. 1938-ci ildə vəfatına qədər 4 dəfə ardıcıl Cümhurbaşkanı olmuşdu.

Ərdoğanın Türkiyəsi

Rəcəb Tayyib Ərdoğanın Baş nazirliyi dövründə Türkiyə Böyük 20-liyə daxil olub, dünyanın iqtisadiyyatına görə inkişaf etmiş 18-ci, Avropanın 7-ci ölkəsi, Ümumi daxili məhsul - ÜDM-in artım sürətinə görə 20-liyin 1-cisi olub.
2002-ci ildə adambaşına ÜDM 3.492 ABŞ dolları idi, hazırda 10 min dolları ötüb. 2016-18-ci illərdə Türkiyə ekonomisinin daha 5 faiz böyüməsi proqnozları reallığa çevrilir. 2002-ci ildəki xarici ticarət həcmi 88 milyard dollardan 351 milyard dollara, ixracat 3 dəfə artaraq 150 milyard dollara qalxıb. Son 10 ildə Türkiyəyə 165 milyard dollar xarici sərmayə qoyulub. Hazırda ölkədə 32 min xarici sərmayəçinin şirkəti fəaliyyətdədir, 916 dünya kompaniyasının Türkiyədə nümayəndəliyi mövcuddur. Türkiyə ildə ortalama 180 ölkə ilə 390 milyard dollar dəyərində ixrac-idxal aparır. Özəl sektorun yatırımı 10 il əvvəlki 74 milyard dollardan 300 milyarda qalxıb. 2002-ci ildə Mərkəzi Bankdakı dövlətin ehtiyat pulunun məbləği 27 milyard dollar idi, hazırda 111 milyarddır. Xarici borc 2002-ci ildə 23,5 milyard dollar idi, ötən ildən Türkiyə xarici borcunu "sıfırlayıb". İMF-ə borcunu tamam qapadan tək-tük ölkələrdən biridir. 2009-cu ilin dünya krizindən ən yaxşı vəziyyətdə çıxan, həm də ümumdaxili məhsulun həcmini yüksəltməyə nail olan 3 ölkədən biri Türkiyə olub. 2002-ci illə müqayisədə əhaliyə avtomobil satışının sayı 7 dəfə artıb. Dünyanın 10-cu turizm ölkəsi olan Türkiyədə xarici turist sayı 2002-ci ildəki 13 milyondan nəfərdən ötən il 36 milyona, turizm gəliri 8,5 milyarddan 31 milyarda qalxıb. Türk iş adamları 107 ölkədə 322,6 milyard dollara çatan 9 minədək layihə həyata keçirib, bu sırada Çinin ardından dünyada 2-ci sırada yer alıb. 2004-cü ildə 11 türk firmasının yer aldığı "Dünyanın En Büyük 250 Uluslararası Müteahhidi" sırasında hazırda 42 türk firması yer alıb. Beynəlxalq Valyuta Fondu Türkiyədən borc pul almaq üçün rəsmən xahiş edib, digər beynəlxalq maliyyə təşkilatları, xarici ölkələrin də belə müraciətləri olub.Türkiyə borc verən rolundadır indi.
Türkiye İstatistik Kurumunun (TÜİK) 2017-ci ilin ikinci rübünə (aprel-iyun) dair Ümumi Daxili Məhsul (Ümumi Daxili Məhsul) göstəricilərinə görə, ÜDM proqnozu keçən ilin müvafiq rübünə nisbətən 5,1%, cari qiymətlərlə 16,3 faiz artıb. O cümlədən, aqrar sahədə artım 4,7 faiz, sənaye sektorunda 6,3 faiz, tikinti sektorunda 6,8 faiz, ticarət, nəqliyyat, yerləşdirmə və yemək xidməti fəaliyyətlərinin cəmindən ibarət olan xidmətlər sektorunda 5,7 faiz olub. Bu ilin ötən dövründə proqnoz edilmiş yüzdə 5 faiz iqtisadi böyümə 5,2 faiz olub. İnvestisiyaların həcmi 9,5 faiz artıb.
Bir maraqlı məqam daha; Çanakkala Şəhidlik muzeyinə 10 il əvvəl gələn ziyarətçi sayında ən yuxarı rəqəm 200 min idi, ötən il 2 milyon oldu.
Türkiyə Cümhuriyyəti Quruluşunun 2023-cü ildə qeyd ediləcək 100 illiyində hədəf ixracatı 500 milyarda, toplam ticarət, idxal-ixrac həcmini isə 1 trilyon dollara çıxarmaq, dünyanın 10-cu ekonomi gücü olmaqdır. Son 14 ildə hər il müntəzəm dövlət sektorunda çalışan bütün vətəndaşların, eləcə də bütün növ təqaüd və sığortaların məbləği artırılıb. (qaynaq: TÜİK, http://www.mfa.gov.tr/turk-ekonomisindeki-son-gelismeler.tr… )
Türkiyə bu illərdə onlarla ölkədaxili, region və uluslararası projeni gerçəkləşdirib, 150 illik Mərmərə Layihəsi röyasını həyata keçirib; yerin 60 metrlik dərinliyində dünyanın ən dərin sualtı tuneli ilə Şərqi Asiya ilə Qərbi Avropa birləşib, Pekindən Londona birbaşa dəmiryol xətti-Modern İpək Dəmiryolunun açılışına Bakı-Tbilisi-Qars xətti ilə yaşıl işıq yandırılıb. 82 vilayətin hamısında Universitet açılıb, dəniz, hava, quru yol, enerji infrastrukturunda, hərbi və mülki texnika və texnologiyalar istehsalında toplam Cümhuriyyət dövründə olduğundan artıq işlər görülüb.
Türkiyə indi dünya siyasətinin əks qütblərinin ortasında dayanan, ziddiyyət və əksliklərin baş-başa gəldiyi məkanda məğrurluğunu qoruyub saxlamağı bacaran, böyük güclərin planladığı siyasi-hərbi tuzakların içindən çıxmağı bacaran, dünya siyasətinə haqq, ədalət, siyasi əxlaq nümunəsini gətirən söz sahibi dövlətə çevrilib.
Bu başarılar son illlərdə bütün seçim və referendumlardan qalib çıxıb təkbaşına hökumət quran AK Parti iqtidarı ilə birlikdə Türkiyə və dünyanın ən reytinqli sorğularında dünya siyasətinə təsir edən etkili siyasilərin ön sırasında yer alan Ərdoğanın adına yazılan uğurlardır.
17 iyul dövlət çevrilişi cəhdinin qarşısının alınması və Ərdoğanın çağırışı ilə İstanbulun Topkapı meydanındakı milyonların mitinqi türk xalqının demokratiyaya, azadlığa, milli qürura, vətənə, Anadolu yurduna sahibliyinin, sadiqliyinin və Ərdoğan sevgisinin təcəssümü oldu.
Mənim 2011-ci ildə şəxsinə məxsusi kitab həsr etdiyim, şəxsi və ailə üzvlərilə Bakıda, Ankarada görüşüb həmsöhbət olduğum Türkiyə Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan Ulu Yaradanı, Türkiyə və Azərbaycanı cani-könüldən sevən insan, Türkiyədə Atatürkdən sonra ən böyük xalq sevgisi qazanmış, böyük uğurlara imza atmış siyasi lider olaraq qəlbimdə özünə əbədi yer tutub.
Cümhuriyyət bayramın mübarək, zəfərlər həmişə səninlə olsun, Türkiyə və sayın Ərdoğan!
Hacı NƏRİMANOĞLU