SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

"Zəngəzur" CB-nin yeni sədri seçildi

foto-HaciÖtən həftə "Zəngəzur Cəmiyyətləri Birliyi” İdarə heyəti üzvlərinin toplantısı keçirildi. Gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl Azərbaycanımızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda Şəhid olanların xatirəsi yad olundu. Toplantılar arasındakı müddət ərzində dünyasını dəyişən heyət üzvləri də anıldıqdan sonra İdarə heyətinin sədri Tofiq Mehdiyev 1990-cı illərin əvvəllərində, dövlətimizin, millətimizin ağır günlərində yaradılmış bu ictimai qurumun üzləşdiyi çətinliklərdən, taleyüklü məsələlərin həllində dövlətimizə göstərilən mənəvi dəstək cəhtlərindən söhbət açdı.

Qeyd etdi ki, fəaliyyətimizə ən düzgün qiyməti istər Zəngilanda, Qubadlıda müharibə güdən vaxtlarda, istərsə də camaatımızın qaçqınliq, məcburi köçkünlük taleyini yaşadığı dövrlərdə onların dərdləri ilə baş – başa qalan, ağrı – acılarını birgə çəkdiyimiz Zəngilanın qeyrətli oğlu Eldar Eyvazov verə bilər. Amma qeyd etməliyəm ki, artıq aradan illər keçib. 20 il əvvəl 45 yaşında olan tay – tuşlarımın bu gün 65 yaşı var. O vaxtki çevikliyimizlə, iş qabiliyyətimizlə indiki bir deyil. Həm də dünyada və cəmiyyətdə sürətli dəyişikliklər olur, yeniliklər əmələ gəlir. Bəzən qarşıya müəyyən aşılması vacib sədlər çıxır. Bu maneələri dəf etmək, sədləri aşmaq üçün çevik qüvvələrə, gənclərə böyük ehtiyac var. O cümlədən "Zəngəzur Cəmiyyətləri Birliyi”ndə. Qeyd etdiklərimi nəzərə alaraq İdarə heyəti sədrliyindən çıxmaq və yerimə cavan, müasir cəmiyyətimizdə baş verən yeniliklərlə ayaqlaşa biləcək sədrin seçilməsini təklif edirəm.
Təklif ətrafında müzakirələrə Zəngəzur mahalının ayrı – ayrı bölgələrində dünyaya göz açmış ziyalılar qoşuldular. Tariyel Cahangirov Zəngəzur mahalındakı rayonlarda yaradılmış xırda cəmiyyətlərin birləşdirilərək hazırki cəmiyyətin yaradılmasından, bu günə qədər keçdiyi yollardan danışdı.Bildirdi ki, bu illər ərzində çox keşməkeşlər oldu. Verilən yalançı vədlərə aldanmadıq, şirnikləndirici təklifləri rədd etdik. Yaratdığımız xeyriyyə təşkilatının, siyasiləşdirilməsinə, biznes qurumuna çevrilməsinə imkan vermədik.
Zəngəzur bölgəsinin bəzi səciyyəvi xüsusiyyətlərini xatırladan Şahsuvar Yəhyayev seçiləcəksədri cəsarətli olmağa səslədi. Cəsarət nümunəsi olaraq da əslən Zəngəzurlu7 olan Heydər Əliyevi göstərdi:H.Əliyev xarici – daxili düşmənlərə qarşı axıra qədər döyüşdü. Ürəyi dözmədi, tribunada yıxıldı, amma iradəsi, cəsarəti, qətiyyəti onu yenidən tribunaya gətirdi. Yeni sədrə bəribaşdan xeyir – dua verən natiq deyiləcək nöqsanlardan nəticə çıxarmağı, cəmiyyətin nüfuzunun daha da artmasına çalışmağı tövsiyyə etdi.
Əlqəmə Orucov bir qədər tarixə ekskurs etdi:
"Biz tariximizi də, son dövrün olaylarını da yaxşı bilirik. Zəngəzurda sözünü deyən kişilər həmişə olub, yenə də var. Düzünü deyim ki, bir ara hər kəs öz şəxsi marağına qapanaraq, minbir əziyyətlə ərsəyə gətirdiyimiz cəmiyyəti nüfuzdan, gözdən saldı. Cəmiyyətimizin bütün qüvvəsi Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə yönəlməlidir. Xalqımız, dövlətimiz bir neçə tərəfdən düşmən əhatəsindədir. Erməni işğalına məruz qalan, abidələri, maddi – mədəni sərvətləri talan olan rayonlarımızın səkkizi Zəngəzurdadır. Biz o qədər güclənməliyik ki, düşmənə gücümüzü göstərə bilək. Torpaqlarımızın işğalından azad olunmasında dövlətimizə, silahlı qüvvələrimizə ən güclü və sədaqətli yardımçı olmalıyıq. Çox əminəm ki, belə də olacaq!”
Millətimiz üçün hər şeyin xoş gələcəyinə belə qəti inam ifadəsindən sonra İdarə heyətinin dünyasını dəyişən üzvlərinin yerinə yeniləri seçiıdi.
Yeni seçiləcək sədrin namizədliyini də elə Tofiq Mehdiyevin özü verdi: "Əslinə qalanda bu yeni təfəkkürə, yeni düşüncələrə malik yeni nəsil yetişib. ABŞ-da, Fransada, qardaş Türkiyədə və dünyanın digər ölkələrində təhsil alan gənclərimiz var. Amma həqiqət odur ki, həmin yeniyetmələrin 18 ildir işğal altına düşən bölgələrimiz haqqında heç bir haqqında heç bir təsəvvürü yoxdur. Hələ ötən əsrin əvvəllərində bolşeviklərin Zəngəzurun ermənilərə verdiyi hissələrini demirəm. Biz indi aramızdan elə bir cavanı seçməliyik ki, həm keçmişimizə bilsin, həm də bizləri tanıdığı qədər gəncləri də tanısın. Çoxumuzun yaxşı tanıdığı Hacı Nərimanoğlu istədiyimiz bütün müsbət keyfiyyətlərə malikdir. Qubadlının Saray kəndində doğulub. Onun taleyinə düşən çətin yolu necə şərəflə keçdiyinin şahidi olanlar bilir ki, ona kənardan hər hansı yamaq vurmaq mümkün deyil.
Cəmiyyətin yaranmasının ağır bir dövrə təsadüf etdiyini vurğulayan Eldar Eyvazov bütün çətinliklərə baxmayaraq ziyalıları bir araya yığmağı, qurumu qoruya bilməyi bacardığına görə Tofiq Mehdiyevə təşəkkür etdi. Zəngəzur bölgəsinin tamamilə işğal altında olması səbəbilə belə bir yükün altına girməyin çətinliyini nəzərə çatdırdı. Yeni seçilən sədrə işlərində uğurlar diləyərək onu da əlavə etdi ki, Hacı Nərimanoğlu cavandır, çox işləməlidir. Müxtəlif yeni strukturlar yaradılmalı, gənclər bura cəlb olunmalıdır ki, təşkilat çevik bir qurum kimi təkmilləşdiyini təsdiq etsin. Gənclərin hərbi vətənpərvərlik ruhunun artırılması üçün müvafiq şöbənin yaradılması xüsusilə vacibdir. Qoy Hacı müəllim dövlətçilik, azərbaycançılıq, milli həmrəylik yolunda zəhmət çəksin, biz də ümumi işimiz naminə təcrübəmizi sərf edək. Çünki Vətənə, xalqa xidmət üçün görülən hər işi özümüzə şərəfli bilirik!
Sevdiyar müəllim də təklifi dəstəklədi və dedi ki, torpaqlarımızın işğaldan azad olunması üçün hər birimiz əlimizdən gələni etməliyik.
Ziyadxan Nəbibəyli: "Zəngəzur anadan olduğumuz ulularımızın, dədə-babalarımızın dəfn olunduğu torpaqlardır. O torpaqların, sovetlərin ermənilərə bəxşiş verdiyi digər torpaqlarımızın hamısının geri qaytarılması üçün əlimizdən gələni etməliyik. Tarixdə təkləndiyimiz, aldandığımız məqamlar çox olub. Torpaqlarımızın göz dağına çevrilməsi də elə belə şeylərin nəticəsidir. Qədim türk məskənlərində özünə dövlət quran ermənilərin riyakar maskalarının yırtılmasında dövlətə dəstək olmalıyıq. Çünki erməniləri bizdən yaxşı tanıyan yoxdur”.
Xeyli arzu, istəklər bildiriləndən sonra söz Hacı Nərimanoğluna verildi. O, çox təkid etdi ki, Tofiq Mehdiyev sədr olaraq qalsın, biz də əlimizdən gələn köməkliyi göstərək. Lakin Tofiq Mehdiyev israrla şəxsi nümunə göstərərək meydanı cavanlara verdi, hamının gözü qarşısında möhürü, digər sənədləri Hacı Nərimanoğluna təqdim edərək yüksək etimadla böyük bir Mahalın ağır yükünü onun çiyinlərinə qoydu. Bu səmimiyyət alqışlarla mükafatlandırıldı. Tədbirin yekunu olaraq Prezident İlham Əliyevə müraciət qəbul olundu
Beləcə toplantı bitdi. Bu sətirlərin müəllifindən başqa hər kəs öz sözünü dedi. Mən isə "Zəngəzur Cəmiyyətləri Birliyi” İdarə heyətinin yenicə seçilmiş sədri Hacı Nərimanoğlunun "Qubadlısız 16 il” kitabı ilə baş-başa qaldım: "Bu kitab bütün tarixi qanla, qəmlə yoğrulan Azərbaycanıma, xalqımıza, dövlətimizə hər zaman yeganə arxa, dayaq, tək qardaş olan Türkiyəmizə 16 ildir həsrətin çəkdiyim Qubadlıma, torpağında ilk ayaq açıb gəzdiyim Saray kəndimə, göz açıb ilk gördüyüm, könül verib ilk sevdiyim Anama, qürbət yarasını, qəriblik ağrısını yüngülləşdirməyə aciz qaldığım Atama, qaçqın-köçkünlərimizə, Şəhidlərimizə, el-obamıza sözü, adı, izi qalanlarımıza, hələ ki, azad, firavan, bütöv Vətən qura bilmədiyimiz övladlarımıza vəfa borcumdur”.
Axırda belə qənaətə gəldim ki, bu qədər vəfa borcunu üstünə çəkən birisinə tərəddüdsüz güvənmək olar. Çünki özünü borclu bilənlər millətə, dövlətə, torpağa sədaqətlə xidmət edənlərdir!


Tamxil Ziyəddinoğlu , “Bütöv Azərbaycan”, qəzeti,  12  Маy 2010