SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

“Zəngəzur” sədri dissertasiya müdafiə edib, medal alıb

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, www.zengezur.com saytının təsisçi və baş redaktoru Hacı Abdulla mayın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Azərbaycanın Zəngəzur bölgəsinin demoqrafik vəziyyətində dəyişikliklər (XIX əsr – XX əsrin 20-ci illəri)” mövzusunda dissertasiya müdafiə edib.

Elmi rəhbər akademik Yaqub Mahmudovdur.
Dissertasiya Şurasının üzvləri mövzunun aktuallığını, elmi-tarixi, siyasi-hüquqi əhəmiyyətə malik olduğunu, mühüm nəticələrin, elmi yeniliklərin əldə edildiyini, istinadların, qaynaqların zənginliyini xüsusi vurğulayıblar. Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq XIX-XX əsrin əvvəllərində Zəngəzur bölgəsində əhalinin demoqrafik durumu, köç, deportasiya, etnik təmizləmə, soyqırımı, işğal tarixinin ardıcıl, sistemli şəkil-də, arxiv materialları, elmi-tarixi mənbələrə əsaslanaraq tədqiq edildiyi faktlarla vurğulanıb.

 Hacı Abdullaya tarix üzrə fəlsəfə doktoru elmi adı verilməsi barədə qərar yekdilliklə qəbul olunub.
 H.Abdulla Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiridir. 12 kitabın, o cümlədən doğma Zəngəzur torpaqlarının keçmişi ilə bağlı 4 kitabın, xarici ölkələrdə və respublikamızda çıxan elmi jurnallarda dərc olunmuş 30-dan çox məqalənin müəllifidir.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tədqiqində və ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə Hacı Abdulla Azərbaycan Respublikası Veteranlar Təşkilatının “General Əliağa Şıxlinski” Yubiley Medalına layiq görülüb. 18 may 2018-ci ildə Veteranlar Təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirdə təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynov medal və Fəxri fərmanı H.Abdullaya  təqdim edib. 

http://bilikfondu.gov.az/1/pages/5/category/5/news/1660