SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Zəngəzur 98 il əvvəl Azərbaycandan qoparılaraq Ermənistana pay verildi

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi bununla bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “1920-ci il noyabrın 30-da Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qərarı ilə Azərbaycan xalqının iradəsi, rəyi nəzərə alınmadan, bolşevik Rusiyasının xaçpərəst, ermənipərəst planlarına uyğun olaraq, Zəngəzur qəzasının yuxarı hissəsi Azərbaycandan qoparılıb rəsmən Sovet Ermənistanına verildi. Qərarın “q” bəndinə əsasən, Zəngəzur qəzasının yarıdan çoxu - 6.742 kv. verstlik ərazisindən 3.637 kv. verstlik hissəsi: Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri bölgələri Ermənistana birləşdirildi. Nəticədə Azərbaycanın Naxçıvan və Türkiyə ilə birbaşa torpaq sərhəddi də aradan qaldırıldı. Bundan əvvəl 1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu heç Azərbaycanın bolşevik rəhbərliyinin rəyini də soruşmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək barədə qərar çıxarmış, Qarabağ və Zəngəzuru Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan etmişdi.
Qarabağ xanlığının, çar Rusiyası dövründə Gəncə (Yelizavetpol) quberniyasının, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində ayrıca inzibati bölgə - qəza olmuş Zəngəzurun tamamilə Ermənistana verilməsi üçün məkrli ssenariyə zəmin də hazırlanmış oldu. 1992-93-cü illərdə dünyanı idarə edən xristian güclərinin aktiv hərbi-siyasi dəstəyi ilə Zəngəzurun Azərbaycanda qalan hissəsi - Zəngilan, Qubadlı, Laçın rayonları da işğal edilərək Ermənistanın nəzarətinə verildi. 
26 ildir ki, Zəngəzur elləri tamamilə erməni əsirliyindədir.”

Hacı NƏRİMANOĞLU, 

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri