SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə  “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi “İKT-dən asan, səlis yararlan!” adlı buklet nəşr edib.
 
“Məcburi köçkünlərin İnformasiya Kommunikasiya Texnologiyaları–İKT sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək” layihəsinin İcra planına uyğun olaraq, “QHT
Nəşriyyatı”nda işıq üzü görən nəfis tərtibatlı rəngli bukletdə son vaxtlar respublikamızda elektron hökumət, informasiyalı vətəndaş cəmiyyəti quruculuğu, İKT vasitəsilə sənədlərin asan, səlis əldə edilməsi, kommunal, rabitə, maliyyə-bank, digər xidmət, alış-veriş ödənişlərinin nağdsız, onlayn qaydada aparılması üsulları əyani, praktiki şəkildə əks olunub.
 
Bukletin buraxılmasında əsas məqsəd ölkəmizin ictimai həyatının bütün sahələrində sürətli dəyişikliklərin, yeniləşmələrin məcburi köçkün vətəndaşlarımız üçün də əlçatan olması, bu kateqoriyadan olan vətəndaşlarımızın sözügedən prosesdən  kənarda qalmaması, onların İKT sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək verməkdir.
 
Layihənin rəhbəri Hacı Nərimanoğlu “qhtxəbər.az” saytına bildirib ki, İcra planında vətəndaşların İKT vasitəsilə lazımi sənədləri asanlıqla əldə etməsinə, internet vasitəsilə sosial, kommunal və digər xidmətlər üzrə ödənişləri daha asan, səlis aparmasına, əlavə vaxt, vəsait itkisinin qarşısının alınmasına, komputer biliklərinin artırılmasına dair tədbirlər də nəzərdə tutulur. Bu işlərə peşəkar təlimçilər cəlb olunub.
 
Bukletlər paylanmaq üçün Birliyin ərazi nümayəndələrinə təqdim olunub, həm də elektron variantı da Birliyin Şuranın layihəsi ilə hazırlanmış zengezur.com saytında
yerləşdirilib.