SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

“Qayıdış vətənpərvərlik duyğularının oyanışından keçir”

d1“Zəngəzur” Cəmiyyətləri Birliyi Azərbaycan və Türkiyənin qəhrəmanlıq salnaməsi tarixinə adları yazılmış Sultan bəy Sultanovun və Nuru Paşanın həyat və mübarizəsinə, Türkiyə-Azərbaycan qardaşlığına həsr edilmiş ən yaxşı kitab, məqalə, teleradio materiallarının müəlliflərini mükafatlandıracaq. “Zəngəzur” Cəmiyyətləri Birliyi Azərbaycan və Türkiyənin qəhrəmanlıq salnaməsi tarixinə adları yazılmış Sultan bəy Sultanovun və Nuru Paşanın həyat və mübarizəsinə, Türkiyə-Azərbaycan qardaşlığına həsr edilmiş ən yaxşı kitab, məqalə, teleradio materiallarının müəlliflərini mükafatlandıracaq.

Bu barədə Birliyin sədri Hacı Nərimanoğlu məlumat verib. O deyib ki, işğal altında olan torpaqlarımıza qayıdış vətənpərvərlik və hərbə hazırlıq duyğularının oyanışından keçir. Bu yolda Sultan bəy və Nuru Paşanın xalqı vahid məqsəd uğrunda birləşdirmək bacarığı tariximizin ən ibrətli örnəyidir. Bunları nəzərə alaraq, Sultan bəy və Nuru Paşanın üst-üstə düşən yubileylərində ən yaxşı kitab, məqalə, teleradio materiallarının müəlliflərini mükafatlandırmaq qərarına gəlmişik”.

Qeyd edək ki, bu il Sultan bəyin anadan olmasının 140, Nuru Paşanın isə 130 ili tamam olur.

31.03.2011