SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

QHT müsabiqəyə yekun vurdu:

Xosrov bəy və Sultan bəy haqqında kitab çıxdı

ziv“Zəngəzur” Cəmiyyətləri Birliyi Azərbaycanın Xalq qəhrəmanı Sultan bəy Sultanovun anadan olmasının 140 ilinin tamam olması ilə bağlı elan etdiyi müsabiqəyə yekun vurub.

Bununla bağlı sentyabrın 7-də Birliyin yaydığı məlumatda deyilir: “İşğal altında olan Qarabağ-Zəngəzur və digər bölgələrimizdəki torpaqlarımıza qayıdış xalqımızın milli mənlik, heysiyyət, qürur, vətənpərvərlik və hərbə hazırlıq duyğularının oyanışından keçir. Bu yolda Sultan bəyin komandanlıq, qəhrəmanlıq və xalqı vahid məqsəd uğrunda birləşdirmək bacarığı tariximizin ən ibrətli örnəyidir. Bunları nəzərə alaraq, Sultan bəy haqqında ən yaxşı kitab, məqalə, teleradio materiallarının müsabiqəsi keçirilmişdir.

Təqdim olunmuş materiallar arasında professor Ziyadxan Nəbibəylinin “Bütöv Azərbaycan ”, “Təzadlar” və digər qəzetlərdə gedən silsilə məqalələri Sultan bəyin ömür yoluna həsr olunmuş ən uğurlu yazılar hesab edilərək, müəllifə elmi- tarixi əhatə dairəsin genişləndirməklə kitab şəklində hazırlamaq tövsiyyə olunub.

Birliyin maddi dəstəyi ilə 176 səhifəli “ Sultan bəy və Xosrov bəy qardaşları” kitabı “ Nurlar” Nəşriyyat – Poliqrafiya Mərkəzində işıq üzü görüb.

Kitabda Azərbaycanın qədim torpaqlarından olan Zəngəzurda hər 5 nəfərdən birini xüsusi qəddarlıqla məhv edərək özünü “ Zəngəzur qubernatoru” elan etmiş Andranikin qoşunlarına Sultan bəyin tutduğu divan, qardaşı- Azərbaycan Xalq Cümhuriyyətinin ilk Hərbi naziri, Gəncə və Qarabağın general – qubernatoru Xosrov bəyin erməni daşnaklarına qarşı mücadiləsi əsas yer tutur. Kitabda həmçinin Sultanov qardaşlarının təmsil olunduğu Qarabağ- Zəngəzurun və onun Laçın bölgəsinin etno- mənəvi dəyərlər tarixindən ətraflı bəhs edilir.

Kitabdakı 100 – dən çox rəngli foto- şəkil qəhrəmanların yurd yerləri haqqında da zəngin təəssürat yaradır.   mediaforum.az