SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Tanınmış şair Mahirə Abdulla ilə Zəngəzur camaatının görüşü keçirilib

qeybAzərbaycan Yazıçılar Birliyi və Zəngəzur Cəmiyyətlər Birliyinin təşkil etdiyi görüşü Azərbaycan Yazıçılar Birliyinin katibi xalq şairi Fikrət Qoca açdı. O, Mahirə Abdullanın çoxcəhətli yaradıcılıq manerasına malik olduqunu, onun həm şeir, həm, nəsr, həm də rəssamlıqla profesinal şəkildə məşğul olduğunu vurğuladı. Şair Qəşəm Nəcəfzadə Mahirə xanimın vətəndaş mövqeyini önə çəkdi. “ Fəlsəfə elmləri namizədi Mahirə xanim kimi üsyankar, vətənpərvər odlu-alovlu şeirləri ilə döyüşən ikinci bir şairə xanim tanımıram. O, nədən yazırsa yazsın onun yaradıcılığının mərkəzində vətən, onun azadlığı, müstəqilliyi dayanır. Bu vətənin yolu qədim türk torpaqları olan Zəngəzur mahalından, Qarabağdan və Göyçədən keçir.

Məhz ona görə də doğulub boya-başa çatdığı Zəngəzur camaatına Mahirə xanımın bir yaradıçılıq hesabatıdır. O, bu hesabata əli boş gəlməyib. Qarabağsız namələr silsiləsindən “Erməni gölgəsi”, “Qeyb” “Qarabağsız” və “Ağıllı qadının intiharı” kitabları sizin qarşınnızdadır. Kitabların dördü də bu günlərdə işıq üzü görüb”. Kitabları oxuduqca hiss edirsən ki,Mahirə xanım bütövAzərbaycan ideyasına, dovləçilik, türkcülük düyğularına və yüksək insani kefiyyətlərə həmişə sadiqdir. Bunun nəticəsidir ki, Mahirə Abdullanın “Əvvəl-axır” romanı Mahmud Qaşqari Beynəlxalq Fondunun xüsusi mükafatına layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli, Zəngəzur Cəmiyyətlər Birliyinin Ağsaqqallar şurasının sədri, Sultan bəyin nəslindən olan tarix elmləri doktoru, professor Ziyadxan Nəbibəylii, Ənvər Əhməd, Nahid Hacızadə, Vaqif Yusifli, Ofelya Babayeva, Bakı Dövlət Universitetinin Qərbi Avropa dilləri kafedrasının müdiri Abbas Abbasov, Zəngəzur Cəmiyyətlər Birliyinin sədri Hacı Nərimanoğlu, Elxan Zal, Zərifə Cahangirli, Balayar Sadiq, Fərqanə, Narıngül və başqaları çıxış edərək Mahirə xanımın yaradıcılığındakı vətəndaşlıq düyğularından danışdılar. Zəngəzur Cəmiyyətlər Birliyinin sədri Hacı Nərimanoğlu Mahirə Abdullaya yaradıcılığında Qarabağın bədii inikasını layiqincə əks etdirdiyinə görə Zəngəzur Cəmiyyətlər Birliyinin xususi diplomunu verdi.

Görüşün sonunda Mahirə Abdulla tədbir iştirakçılarına, Azərbaycan Yazıçılar Birliyinə, Zəngəzur Cəmiyyətlər Birliyinə təşəkkürünü bildirdi, yeni şeirlərini oxudu və qədim türk torpaqları Zəngəzur və Qarabağ uğrunda son anadək qələmi ilə döyüşəcəyini vurğuladı: “ Zəngəzur və Qarabağ torpaqları tarixən bizimdir, biz o torpaqları qaytaracağıq. Bu, Mütləqdir!”

“Ekspress” qəzeti         10 APREL 2011