SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Qaçaq Nəbi, Sultan bəy və Xosrov bəy qardaşları barədə kitab çıxıb

“Zəngəzur” Cəmiyyətləri Birliyinin dəstəyi ilə Zəngəzurun sonuncu qazısı, 37-ci il repressiyasının qurbanı, ədəbiyyatşünas alim Bəhlul Bəhcətin 1930-cu illərdə yazdığı “Qaçaq Nəbinin tarixi vəsiqə və sənədlər üzrə” və tarix elmləri doktoru, professor Ziyadxan Nəbibəylinin “Sultan bəy və Xosrov bəy qardaşları” kitabları nəşr edilib.

 

 

"Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri Hacı Nərimanoğlunun “Qafqazinfo”ya verdiyi məlumata görə, oxucular ilk dəfə olaraq bu kitablardan XIX əsrin son onilliyində Qaçaq Nəbinin başçılığı ilə rus çarizminə və xalqın qanını soran zülmkarlara qarşı aparılmış partizan müharibəsindən, 1918-20-ci illərdə Zəngəzur və Qarabağda misli görünməmiş qətliamlar törədən erməni nizami ordusunu məhv edib bütün silah-sursatını ələ keçirən Sultan bəyin və onun qardaşı-Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, Gəncə və Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun göstərdikləri şücaətlər barədə elmi-tarixi mənbələrə istinadla detallı bilgilər alacaqlar.

H.Nərimanoğlu bildirib ki, birlik gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi, milli qürur hisslərinin gücləndirilməsi, xalqımızın şərəfli döyüş, qəhrəmanlıq tarixinin öyrənilməsinin əhəmiyyətini nəzərə alaraq, belə əsərlərin nəşrini davam etdirəcək.

08.09.2011 | qafqazinfo.az