SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Rəcəb Tayyib Ərdoğan Bakıda “Rəcəb Tayyib Ərdoğan”ın müəllifi ilə görüşmüşdür

erd1Bakı, 28 iyul 2011 (AzərTAc). Türkiyənin Baş naziri iyulun 27-də Bakıya səfəri zamanı ölkəsinin səfirliyində “Rəcəb Tayyib Ərdoğan” kitabının müəllifi jurnalist Hacı Nərimanoğlu ilə görüşmüşdür. Baş nazir dost və qardaş Azərbaycanda onun ömür yolundan, siyasi fəaliyyətindən, bütün sahələrdə genişlənməkdə olan Türkiyə-Azərbaycan əlaqələrindən bəhs edən nəfis tərtibatlı kitabın nəşrindən məmnunluğunu söyləmiş, müəllifə təşəkkürünü bildirmişdir.


H.Nərimanoğlu yurdsuzluq ağrı-acılarının ifadəsi olan “Qubadlısız 16 il” kitabını da Baş nazirə təqdim etmiş, Azərbaycan xalqının Qarabağ münaqişəsinin həllində Türkiyə Cümhuriyyətindən daha böyük dəstək gözlədiyini vurğulamışdır. erd
Baş nazir Rəcəb Tayyib Ərdoğan müəllifin hədiyyə etdiyi kitabları oxuyacağını, şəxsi kitabxanasında əziz xatirə kimi saxlayacağını bildirmişdir. Yurd-yuvasından ayrı düşmüş insanların ağrı-acılarını yaxşı anladığını deyən Baş nazir vurğulamışdır ki, Türkiyə bundan sonra da hər zaman Azərbaycanın yanında olacaqdır.
Rəcəb Tayyib Ərdoğan hər ailədə 3 uşaq görmək istəyinin eynilə Azərbaycana da aid olduğunu vurğulamış, bu öyüdünün ailə həyatı quran gənclərə çatdırılmasını istəmişdir.
O, H.Nərimanoğlunu şəxsi qonağı kimi Türkiyəyə dəvət etmişdir.
`“Rəcəb Tayyib Ərdoğan” kitabının nüsxələri Türkiyə nümayəndə heyətinin üzvlərinə də təqdim olunmuşdur.