SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

QƏHRƏMANLAR UNUDULMUR

eliyar1Milli Qəhrəman Əliyar Əliyevin doğum günü idi, yaşasaydı, 54 yaşı tamam olacaqdı. O, Qarabağ müharibəsi tarixinə şərəfli səhifələr yazmış qəhrəmanlarımızdan biridir.

Bununla bağlı “Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri Hacı Nərimanoğlu demişdir:

Əliyar Əliyevin rəhbərlik etdiyi alayın topçuları Xocalı qırğınından bir neçə gün sonra yuxarıların əmri olmadan Gorusun altını üstünə çevirmiş, ...Moskva və Yerevan KİV-i bu hücum zamanı 336 nəfərin öldürüldüyünü yazmışdı. Bununla bağlı Ermənistanda üç gün matəm elan edilmişdi, Yerevanda keçirilən mitinqlərdə Əliyar Əliyevə və 3 döyüşçüsünə ölüm hökmü çıxarılmışdı. 1992-ci ilin aprel ayının 16-da “Qara bəbir” ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə xaricdə xüsusi hazırlıq keçmiş 50 nəfərlik diversiya qrupu Lalazar körpüsünü partladıb Qubadlının sərhəd kəndlərinin rayon mərkəzi ilə əlaqəsini kəsmək, strateji yüksəklikləri ələ keçirmək üçün hücuma keçmişdi.

Kəşfiyyat məlumatları nəticəsində bundan xəbər tutan və onların yolunu gözləyən Əliyar Əliyev və döyüşçüləri onları mühasirəyə alaraq dəstəbaşıları da daxil, 11 düşmən əsgərini məhv etmiş, həmin meyitləri bizim əsirlərə dəyişmişdilər. 1991-ci ilin may ayında Qubadlının Yuxarı Cibikli kəndi, 1992-ci ilin oktyabr ayının 12-də isə bu rayonun Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də onun rəhbərlik etdiyi alay düşməni ağır itkilərə məruz qoymuşdu. 1992-ci ilin iyun ayının 24-də Qubadlı rayon mərkəzini bombalamağa uçan üç vertolyotu vurub salan da Əliyar Əliyevin döyüşçüləri olmuşdu. Gorusun Şurnuxu kəndindəki postu darmadağın etmiş Əliyar Əliyev və döyüşçüləri 20 rus və erməni silahlısını canlı olaraq ələ keçirmişdi. Onlar işğalın son günlərinədək Qafan-Gorus yolunu nəzarətdə saxlamağı da bacarmışdılar. Əliyar Əliyev 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini 4 gün ərzində ermənilərdən azad edərək partizan müharibəsinin nə qədər effektli olduğunu bir daha sübut etmişdi. 1992-ci il oktyabrın eliyar13-də Əliyar Əliyev və sürücüsü Əlisadət Ağayev Laçın rayon mərkəzindən iki kilometr məsafədə şəhid oldular. Əliyar Əliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda oxuduğu, Saransk Dövlət Universitetində müəllim işlədiyi illərdə dəfələrlə klassik güləş üzrə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olmuşdu, məşhur pəhləvan və məşqçi idi, onun 8 yetirməsi respublika və SSRİ çempionu olmuş, biri isə olimpiya yığma komandasına üzv seçilmişdi. “Məhsul” idman cəmiyyətinin Qubadlı şöbəsinin sədri olan Əliyar Əliyev Qarabağ müharibəsi başlanan günlərdən respublikada yaranan ilk könüllülər batalyonunu qurmuşdu. Eyni zamanda o, həmişə ön cərgədə vuruşan döyüşçü, sərrast atıcı, kəşfiyyatçı, partizan idi. Dəfələrlə qonşu bölgələrdə gedən ağır döyüşlərdə də iştirak etmişdi, çünki onun üçün bu Vətənin hər qarışı əziz idi. 14.12.2011, mediaforum.az, qhtxeber.az, musavat.com