SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

12 mart – Qaçaq Nəbinin xatirə günü!

QACAQ NEBI283323 10150270325316168 2383674 n378317 489011031111989 577716758 n 578099 353852248066819 643686475 n                  

9654 353852564733454 1029324062 n

                   

 

“115 il əvvəl – martın 12-də Azərbaycan xalqının yetirdiyi ən məşhur qəhrəmanlardan olan Qaçaq Nəbi xəyanətlə qətlə yetirilib. Qaçaq Nəbi 46 illik ömrünün tam 22 ilini əlində silah, vəfalı ömür-gün yoldaşı Həcərlə birlikdə fasiləsiz olaraq rus-erməni, fars zülmünə qarşı mücadilə aparıb. Bu qoşa ad həm Azərbaycanın qəhrəmanlıq salnaməsinə, həm də dünya qaçaqçılıq hərəkatı tarixinə şərəflə yazılıb, ümumxalq sevgisinin, qorxmazlıq, cəsarət, şücaət, əyilməz iradənin simvoluna çevrilib”. Bunu "Zəngəzur" Cəmiyyətləri Birliyinin sədri Hacı Nərimanoğlunun “Media forum”a açıqlamasında deyib.

 

Qaçaq Nəbinin Tiflis arxivindəki fotosu

Hacı Nərimanoğlu Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan milli istiqlal mücadiləsi” adlı əsərindən sitat gətirir: “Zəngəzur və Naxçıvanda qorxmadan partizan müharibəsi aparan Qaçaq Nəbi Gəncə vilayəti, Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı) anadan olmuşdu. Yeddi nəfərdən ibarət ailəni atası çətinliklə dolandırırdı.

Günlərin birində 16 yaşlı Nəbinin atasını bəy döyür. Bunu görən Nəbi bəyin üzərinə atılaraq onunla savaşır. Bəyin şikayətinə əsasən Nəbi həbs olunur. O, həbsdən qaçaraq həmfikirlərini ətrafına toplayır. Rus çar rejiminə və onun Azərbaycandakı əlaltıları olan bəylərə qarşı mübarizəyə başlayır.

Nəbinin arvadı Həcər xanımla yanaşı baldızı Mehri xanım da bu mübarizədə yaxından iştirak edir. Nəbi həbsxanadan qaçdıqdan sonra çar idarəsinin Azərbaycandakı əlaltıları olan mülkiyyət sahibi xan və bəylərin zülmündən cana gələn kəndlilərdən əli silah tutan bir hissəsi onun ətrafına toplanır. Nəbinin əsas düşmənləri çar rejimi, xanlar və bəylər idi. O bu mübarizədə kasıbları və onların hüquqlarını müdafiə edirdi. Nəbinin mübarizə apardığı ərazi Zəngəzur və Naxçıvan vilayətləri idi. İstismarçı imperializmə və rus çar rejiminə qarşı mübarizə aparan qaçaqlara xalq yaxından köməklik edir, onlarla fəxr edirdi. Xalq onları ərzaqla təmin edir, yeri gəldikdə gizlədirdi”.

Rəsulzadənin yazdığına görə, 1896-cı ilin mart ayında Nəbi Kərbaladan dönərkən Türkiyə ilə İran sərhəddi arasında olan Larni kəndində rus casuslarının əvvəlcədən hazırladığı pusqunun qurbanı olub.

Hacı Nərimanoğlu bildirib ki, Bəhlul Bəhcətin “Qaçaq Nəbinin tarixi vəsiqə və sənədlər üzrə” adlı tədqiqat əsəri 77 illik arxiv qaranlığından sonra yaxın günlərdə işıq üzünə çıxıb: “Qaçaq Nəbinin həmyerlisi, müasiri, onu və dəstəsindəkilərin əksəriyyətini şəxsən yaxından tanıyan, görüşüb söhbətləşən, ilahiyyatçı, tarixçi, folklorşünas alim, Zəngəzurun sonuncu qazısı Bəhlul Bəhcətin 1934-37-ci illərdə qələmə aldığı 290 səhifəlik “Qaçaq Nəbinin tarixi” vəsiqə və sənədlər üzrə” adlı tədqiqat əsəri yaxın günlərdə işıq üzü görəcək. Tədqiqat əsərindəki ayrı-ayrı başlıq-bölümlər Qaçaq Nəbinin düşmənlərinə, kimlərlə savaşmasına, mübarizə yoluna güzgü tutur. Bəhlul Bəhcət İrəvan və Tiflis arxivlərindən əldə etdiyi məxfi yazışmalardan da nümunələr gətirir, Nəbinin artıq 3 imperatorluğu rahatsız etdiyini, başağrısına çevrildiyini faktlarla göstərir”.

Hacı Nərimanoğlu onu da qeyd edib ki, kitabın müəllifi Bəhlul Bəhcət 1934-38-ci illərdə “Azərnəşr”də və Az.RAİ-nin ədəbiyyat bölməsində çalışıb, “Quran”ı, “Şahnamə”ni ilk dəfə orijinaldan dilimizə tərcümə edib, Məhəmməd Peyğəmbərin və ailəsinin tarixi və digər fundamental tədqiqatları tamamlayıb, Hüseyn Cavid, Salman Mümtaz, Əli Nəzmi, Əhməd Cavad kimi müasirləri ilə sıx ünsiyyətdə olub. 15 mart 1938-ci ildə NKVD üçlüyünün qərarı ilə güllələnib.

Zəngəzur Cəmiyyətləri Birliyinin sədri əlavə edib ki, Qaçaq Nəbi ilə Həcərin Azərbaycanın heç yerində abidəsi yoxdur: “Qubadlıda vardı, 18 ildir Qubadlı da yoxdur”.