SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Zəngəzurluların etirazı və gözləntiləri

ZEN1“Zəngəzur” Cəmiyyətləri Birliyi Fransa Senatının uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalanmasını nəzərdə tutan qanunu ilə bağlı bəyanat qəbul edib.
Bəyanatda deyilir: “Türk xalqı tarixin heç bir dönəmində heç bir xalqa qarşı soyqırım həyata keçirməmiş, əksinə zaman-zaman soyqırıma, etnik təmizlənmə və zorakı deportasiyalara məruz qalmışdır. Bütün siyasi fəaliyyəti boyu türk, müsəlman xalqlarına qarşı qərəzi, nifrəti, aşağılayıcı münasibəti ilə bədnam şöhrət qazanmış Fransa Prezidenti Sarkozi demokratiyanın beşiklərindən olmuş ölkəsinin tarixinə qara damğa vuran bu qanunu şəxsi mənfəətləri naminə ciddi-cəhdlə qəbul etdirmişdir.


Bu qanun həm də sivil dünyanın ən üstün kriterləri sayılan insan hüquqlarının, fikir, düşüncə, söz, şəxsi mövqeyini ifadə etmə, hadisələrə fərqli yanaşma azadlığının kobud şəkildə pozulmasının, hətta, ölkəsinin Konstitusiyasının bir çox müddəalarının ayaqlar altına salınmasının, hər hansı bir məhkəmə instansiyasında baxılmamış və haqqında qərar qəbul edilməmiş hadisəyə parlament səviyyəsində hüquqi, siyasi don geydirmək cəhdinin eybəcər təzahürü olmuşdur.

Fransa Senatı bu qanunun qəbulu ilə ölkəsinin imicinə sağalmaz ləkə vurmuş, həm də ATƏT-in Minsk Qrupunda həmsədr dövlət olaraq öz obyektivliyini, ədalətliliyini, tərəfsizliyini də, mənəvi haqqını da itirmişdir. Bu Qanunun qəbulu bir daha Türkiyə, Azərbaycan və digər türk dilli ölkələrin birlik və bərabərliyinin, beynəlxalq aləmdə söz, nüfuz sahibi ola bilməsinin zəruriliyini mühüm vəzifə kimi gündəmə gətirir.

İnanırıq ki, Azərbaycan Hökuməti Fransa Senatının qəbul etdiyi bu qanunun ölkəmizin 20 ildən bəri həllini gözləyən ən ümdə Dağlıq Qarabağ probleminin həllinə göstərəcəyi ciddi maneçilikləri gərəyincə qiymətləndirərək Fransanın həmsədrliyindən imtina edilməsi ilə bağlı lazımi tədbirləri görəcək, bu ölkə ilə siyasi, iqtisadi, ticarət əlaqələrinə yenidən baxacaq, indiki sınaq zamanında tarixin ən çətin dövrlərində xalqımızın yeganə etibarlı dostu, arxa və dayağı olmuş qardaş Türkiyə ilə birlikdə olduğunu real həyatda sübut edəcəkdir.”

26.01.2012