SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

«Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular»

zengezurda dogildularYazıçı-jurnalist, "Zəngəzur" Cəmiyyətləri Birliyinin sədri Hacı Nərimanoğlunun "Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular" kitabı çapdan çıxmışdır. Ulu öndər Heydər Əliyevin "Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər Ermənistanda yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik.


Biz gələcək nəsillər üçün yol açmalıyıq" müdrik kəlamının epiqraf olaraq seçildiyi bu kitabda əsrlərlə Azərbaycanın bir parçası olmuş Zəngəzur mahalının kəşməkəşli tarixi vərəqlənir, bölgənin hər bir azərbaycanlının qəlbində sağalmaz yaraya çevrilmiş nisgilli keçmişi, ağrılı faciələri yada salınır. Zəngin mədəniyyətə, bənzərsiz təbiətə malik olan Zəngəzur ellərindən köçləri şərtləndirən tarixi, mənəvi amillər barədə kitabda oxuculara bilgi verilir, XX əsrin əvvəlində və sonunda Zəngəzurda baş verən olayların vahid güc mərkəzindən idarə edilən eyni bir planın tərkib hissəsi olduğu dəlillərlə, konkret sənədlərlə diqqətə çatdırılır, Türkiyə-Azərbaycan qardaşlığının nə qədər etibarlı dayaqlara söykəndiyi çoxsaylı faktların dili ilə ortaya qoyulur.

Kitabda XIX-XX əsrlərdə Zəngəzur mahalında doğulmuş, bolşevik və daşnakların terror, təqiblərindən, labüd ölümdən qurtulmaq üçün taleyin acı hökmü ilə Anadolu torpaqlarına köçüb yaşamağa məcbur olmuş, burada əbədiyyətə qovuşmuş bir çox tanınmış şəxsiyyətlərin şərəfli ömür yoluna nəzər salınmış, Azərbaycanda və Türkiyədəki fəaliyyətləri barədə tarixi, publisist materiallar, fotosənədlər verilmişdir. Bu şəxsiyyətlər arasında nəqşibəndi təriqətinin şeyxi, filosof şair Mir Həmzə Seyid Nigari, onun həyatdan vaxtsız köçmüş çox istedadlı şair oğlu Siraci, Azərbaycanın ilk hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov, xalq qəhrəmanı Sultan bəy Sultanov, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin üzvü, yazıçı-jurnalist, naşir Mirzə Sadıq Axundzadə, AXC Parlamentinin üzvü, həm çar Rusiyası, həm də bolşevik inqilabından sonra Zəngəzur qəzasında rəhbər vəzifələrdə çalışmış Baba Məmmədov və başqaları vardır.

Kitabda Türkiyənin dövlət arxivlərində qorunub saxlanmış sənədlərdən, qardaş ölkədəki informasiya mənbələrindən də geniş istifadə edilmişdir.

"Azərbaycan" qəzeti, 25.11.2012