SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

“Zəngəzur” Cəmiyyətləri Birliyi bəyanat yaydı

31 MART SOYQIRIM“Zəngəzur” Cəmiyyətləri Birliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb. Publika.Az-ın verdiyi xəbərə görə, bəyanatda  1918-ci il  martın  son və aprelin ilk günləri yaşanan hadisələr xatırlanıb. Planlaşdırılmış soyqırım aktının ən böyük zərbəsi əsrlər boyu Azərbaycanın tarixi ərazisi olmuş Zəngəzur ellərinə dəydiyi bildirilir.


“115 kənd xarabalığa çevrildi, 10 mindən çox müsəlmanın yaşadığı 70 kəndin əhalisi amansızlıqla məhv edildi, bir neçə yüz min insan yer-yurdundan didərgin salındı, dənizdən dənizə “Böyük Ermənistan” yaratmaq xülyasına düşmüş erməni daşnakları “Zəngəzur qubernatorluğu” və Əsgəran qalası, Şuşa da daxil olmaqla dağlıq Qarabağı əhatə edən “Qarabağ Respublikası” yaratdılar. Naxçıvanla Şuşa arasında yaşayan müsəlman əhalini tamamən qırıb bu əraziləri boşaldıb Ermənistan Respublikasına qatılmasına zəmin hazırladılar.

Acı təəssüflər olsun ki, həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə, həm də sovet hakimiyyətinin qurulmasından sonra xalqın seçmədiyi, xalqdan uzaq liderlər üçün ingilis, rus hakimlərinin buyruğunu müticəsinə yerinə yetirib hakimiyyətdə qalmaq vətən, torpaq, millət dərdlərindən daha önəmli idi. Bu da XX əsrin əvvəllərində və sonundakı milli faciələrimizə, torpaq itkilərinə zəmin yaratdı. Xalq Cümhuriyyətinin süqutundan sonra Sovet Azərbaycanına rəhbərlik edənlər Zəngəzurun Ermənistana verilməsinə, Dağlıq Qarabağda erməni muxtariyyətinin yaradılmasına imza
atdılar, 31 Mart soyqırımını yaşamış paytaxt Bakıda erməni daşnaklarının, onların mənəvi, fiziki varislərinin azad meydan sulamalarına, yarımçıq qalan niyyətlərini reallaşdırmağa gen-bol imkanlar yaratdılar.

Bir əsrdən çoxdur ki, Azərbaycan xalqı erməni soyqırımı və deportasiyasının ağır nəticələrini yaşamaqda davam edir. Ermənistanın və onlara hər cür açıq, fəal hərbi-siyasi dəstək verən dövlətlərin milli varlığımıza yönəldilmiş mənfur niyyətlərinin bundan sonrakı nəticələrinin qarşısının alınmasına yalnız xalqın və müstəqil Azərbaycan dövləti rəhbərliyinin siyasi iradəsi ilə son qoyula bilər. İtirilmiş torpaqlarımıza qayıdışımızın yolu da milli birlik, milli mənlik və milli qürur duyğularının oyanışından keçir”.
 29 / 03\2013
Publika.Az