SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

qacaqnADP sədri Sərdar Cəlaloğlu “qafqazinfo.az” saytına müsahibəsində Səməd Vurğunu “dılğırın biri” adlandırmış, dünya qaçaqçılıq tarixində ikinci bir nümunəsi olmayan, 20 il ər-arvad at belində, əldə tüfəng o taylı-bu taylı Azərbaycanda rus imperiyasının yerli hakimiyyətinə, erməni satqınlara, xalqın qanını soranlara qarşı mübarizə aparmış Qaçaq Nəbinin Qoçaq Həcəri haqqında ağzından əsassız şər-böhtan, iftiralar ifraz etmişdir http://qafqazinfo.az/site/AUDIO-40260-xeber.html, 12.04.2013). Bu "hərşeyşünas" gəvəzənin cəfəng uydurmanlarına cavab verməyi özümə borc bilirəm.

Nəbi, Həcər nə Koroğlu, Nigar kimi dastan qəhrəmanı deyil, nə də Babək kimi çox uzun dövrün o üzündə yaşamayıblar. Hər ikisinin doğumu, ölümü bəlkə gününə saatına qədər də bəllidir. Gələn il vəfatının 100 ili tamam olacaq Həcərin qəbri, başdaşına əksi həkk olunmuş məzarı Qubadlı işğal olunana kimi Aşağı Mollu kəndində Qaçaq Nəbidən sonra ərə getdiyi  qohumu, həmkəndlisi Həmzənin qəbri ilə yanaşı dururdu. Fotosun Nəsiman Yaqublu, Lətif Şüküroğlu ilə birlikdə çəkib “Azərbaycan Ordusu”, “Sərhəd” qəzetlərində vermişdik, 1989-cu uldə Babək Hüseynoğlunun “Aydınlıq” qəzetində “Elin bu günündə gələydin, Nəbi” sərlövhəli yazımda da o fotoşəkil getmişdi. Kənddə Həcərin yaşadığı, vəbadan öldüyü evin xarabalığı da qalırdı.


Qaçaq Nəbi –Qoçaq Həcərin düşmənləri kim idi

2011-ci ildə “Çıraq” nəşriyyatında AMEA Folklor İnstitutunun nəşri olan,  Zəngəzurun sonuncu qazısı, 1918-ci ildə Cihad Bəyannaməsi ilə xalqı rus bolşevik və erməni daşnaklarına qarşı mübarizəyə qaldırıb, özünün yaradıb rəhbərlik etdiyi fədailər dəstəsi ilə Laçınlı Sultan bəylə çiyin-çiyinə Rusiya, ABŞ, Fransa, İngiltərənin silahlandırıb dinc, əliyalın müsəlmanların kütləvi qırğınlarına rəvac verdikləri Andronikin 30 minlik qoşununa qarşı əlində silah mücadilə aparmış,  islamşünas, tarixçi, folklorşünas alim, 37-ci ildə güllənən  Bəhlul Bəhcətin 1920-ci illərdə yazdığı, 80 ildən bəri arxivdə saxlanan 290 səhifəlik “Qaçaq Nəbinin tarixi” (vəsiqə və sənədlər üzrə)” tədqiqat əsəri  nəşr olunub. Kitabdakı 55 başlığın bir neçəsini yada salmaqla Nəbi-Həcərin kimlərə qarşı savaş apardığını xatırladıram; “Qaçaq Nəbinin Xinzirəyə hücumu və Gorusun pristavı Bedrus bəylə keşişi öz evində öldürməsi” (Həcəri ilk dəfə tutub Gorus qazamatına salmışdı, Nəbinin ismarıcını qulaqardına vurub sözün eşitməmişdi, qorxusundan qaçıb keşişin evində gizlənmişdi ki Nəbinin əlinə keçməsin-H.N ), “Qaçaq Nəbinin dağbəyi Ginkor Qrikoru öldürməsi”, “Xuçmanski Lütvəli bəyi öldürməsi”, “Nəbinin qardaşı Mehdinin Ordubadın Qarçevan kəndində ermənilər tərəfindən öldürülməsi”, “Maltəpə Sarımsaqlıda Naxçıvan naçalniki Slovenki və Zəngəzur naçalniki Səlim bəylə döyüşü”, “Əliquluşağında erməni tacirlərin xəyanəti və öldürülməsi”, “Həcərin 1-ci dəfə tutulması”, “Həcərin Nəbidən sonra Qarabağa öz evinə qayıtması”...Çətəndaş, Güllü Pir, Qoparandağ, Qısırdağ davası, Kürdlər kəndində, Ərikli dağ, Murov, Dikpilakanda və digər savaşların hamısının iştirakçıları, şahidləri, söyləyənlər, savaş yerlərinin dəqiq coğrafiyasına qədər hamısı kitabda yerbəyer, adbaad göstərilir.

Bəhlul Bəhcətin “Qaçaq Nəbinin fəaliyyətinin yekunu”nda gəldiyi qənaətlər eynən başqa bir müasiri-Azərbaycan istiqlal məfkurəsinin və dünyəvi, demokratik Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin “Azərbaycan tarixində qaçaq hərəkatı” məqaləsindəki dəyərləndirmələri ilə üst-üstə düşür: “Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir....Nəbinin əsas düşmənləri çar rejimi, xanlar və bəylər idi. O bu mübarizədə kasıbları və onların hüquqlarını müdafiə edirdi. Nəbinin mübarizə apardığı ərazi Zəngəzur və Naxçıvan vilayətləri idi. İstismarçı imperializmə və rus çar rejiminə qarşı mübarizə aparan qaçaqlara xalq yaxından köməklik edir, onlarla fəxr edirdi. Xalq onları ərzaqla təmin edir, yeri gəldikdə gizlədirdi. Nəbi uzun müddət rus kazakları ilə vuruşur, sıxışdırıldığı zaman İrana və Türkiyəyə sığınırdı. Çar idarəsi bu hərəkatı yatırtmaq üçün bütün vasitələrə əl atırdı...dastanlarda “Nəbi urusları burda qoymadı” misrası olduqca çox işlədilir. 1896-cı ilin mart ayında Nəbi Kərbaladan dönərkən Türkiyə ilə İran sərhəddi arasında olan Larni kəndində rus cəsusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olur. Nəbinin xatirəsi indi də Azərlərin qəlbində yaşayır. Onun qəhrəmanlığını əks etdirən dastanlar söylənilir.”

Bəhlul Bəhcət tez-tez arxivlərindən əldə etdiyi sənədlər, yazışmalardan da nümunələr gətirir, Nəbini aradan götürmək üçün Rusiyanın çar, İran şah sarayından gələn fitvanın icraçıları adbaad göstərilir. Rusiya imperatorunun Qızıl Xaç ordeni ilə,  İran şahının Xan titulu və bir kənd verilməsi barədə imzalı, möhürlü fərmanını göstərib Nəbinin dəstəsindəki yaxın silahdaşı Naxçıvanlı Şahhüseyni şirnikləndirmişdilər, Nəbini aradan götürməyə razı salmışdılar. O, namərd də Qaçaq Nəbini 1896-cı il martın 12-də Arazın o tayındakı Larni kəndində gecə saat 2 radələrində  ilaxır çərşənbəsində arxadan vurub qaçmışdı.
 
Həcərlə Nəbinin övladları olub, düşmənlərindən salamat saxlamaq üçün Qars, Iğdırda etibarlı dostlarının əmanətində qalıblar, çox sayda kötücələri hazırda Sumqayıtda, Türkiyə, xaricdə yaşayır.Həcərin nəvəsi, 2-ci dünya müharibəsinin veteranı, əlili olan, orden-medallı Əliş Məhərrəmov doğma kəndini, yurd-yuvasını tərk eləmir, tüfəngini götürüb öz məhləsindəcə erməniləri gözləyir, ikisini öldürür də, özü də şəhid olur – 93-ün 30 avqustunda. 

Bəli, Həcər Nəbidən sonra ərə gedib. bu söhbəti mən də Həcəri görüb tanıyanlardan eşidib illər öncə olduğu kimi yazmışam.

...Nəbidən sonra da köhnə düşmənlər hələ də gəncliyini, şuxluğunu özündə saxlayan 30 yaşlı Həcəri rahat buraxmırdı, tənha yaşayan dul qadının adına müxtəlif  böhtan, şər-şəbətə uydurub yayırlar. Bu da həm Həcərə, həm qohum-əqrəbasına çox toxunur. Kəndin qeyrətli kişilərindən olan qohumu Həmzənin ömür-gün yoldaşı rəhmətə gedibmiş, övladı ilə tənha qalırmış. Bir axşam Həmzə qabağında qoyun-quzusu yolağanın ağzından keçəndə çağırır: “Ay Həmzə, burdan gəl, bu mitil bükülüsün də at çiyninə, arxamca gəl”. Həmzə bu kişi qeyrətli qadın necə deyirsə,  elə də eliyir. Düz gəlib girir Həmzənin həyətinə, qonşudan da bir neçə nəfər ağsaqqal-ağbirçək çağırır, Nəbiynən ev sahibəsinin ruhuna Quran oxutdurur, sonra deyir: “Ay ellilərim, siz Allah şahidisiniz ki, mən Nəbini necə istəmişəm, ömrümdə xəyalıma da gəlməzdi ki, Nəbidən sonra kiminsə adın tuta bilərəm, amma neynim, görürsünüz ki, bu namərdlər mərdi də qova-qova namərd eliyəndilər, təzədən dağa-daşa düşmək də çox gecdi, bunu da Nəbinin, özümün ad-sanın qorumaq xatirinə eliyirəm, ay molla, mənim kəbinimi bu şahidlərin iştirakı ilə kəs bu Həmzəyə, day bu gündən Allahın izniynən oluram bu yetimlərin analığı, Həmzənin halalı”.

Sovet-KQB rejiminin hökmran olduğu 70 ildə hətta erməni tarixçilərinin belə ağlına bu cür şər-şəbətə yapışdırmağı vicdanlarına sığışdırmayıblar. Nəbi-Həcər haqqında çəkilən filmin ilk variantda dövlət qəbuluna, ekranlara buraxılmasına, kəsib doğrayıb eybəcər  hala salınmasına nail olsalar da, Həcərin erməniyə ərə getməsi kimi murdar, namərd yalan söyləməyi xəyallarına da gətirməyiblər, bu iyrəncliyi sapı özümüzdən olan murdar xislətli şərəfsizlərə buraxmışlar.

Qaçaq Nəbi-Qoçaq Həcərin təmiz ruhuna, pak adına çirkab atanların Allah cəzasını verəcək, heç şübhəsiz!

Hacı Nərimanoğlu, “Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri