SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Milli Qəhrəmanın xatirəsi yad edildi

"Zəngəzur” Cəmiyyətləri Birliyinin təşkilatçılığı ilə 13 dekabrda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda çox sayda şagird, tələbə, akademik, professor, Milli Qəhrəman, qazi, yazarın iştirakı ilə Milli Qəhrəman Əliyar Əliyevin doğum günü münasibəti ilə anım mərasimi keçirildi. Qəhrəmanın döyüş yolunu əks etdirən sənədli film nümayiş olundu. Döyüşçü dostları 2 saatdan çox Əliyar-Qubadlı nisgilli acılı-şirin xatirələrini bölüşdülər. Oğlu Emilin, nəvəsi Cavidanın çıxışı ürəkləri göynətdi. Görüşdən sonra neçəsi ürəyində əbədi bir Əliyar sevgisinin yuva qurduğunu söylədi...Ruhun şad olsun, Əliyar!