SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Zəngəzur Cəmiyyətləri Birliyi təltif edildi

qhtxeber.az// Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2014-cü ildəki fəaliyyətinin nəticələri haqqında hesabat konfransı keçirib. Toplantını açıq elan edən Şura sədri, millət vəkili Azay Quliyev QHT-lərə dövlət dəstəyi Konsepsiyasında göstərilən istiqamətlər üzrə rəhbərlik etdiyi qurumun 2014-cü ildə vətəndaş cəmiyyətinin inkişafı sahəsində həyata keçirdiyi fəaliyyətin uğurlu və məhsuldar olduğunu deyib.

 

Konfransda çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün vətəndaş cəmiyyəti inistitutlarının inkişaf dövrünü yaşadığını və Şuranın Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsinə çevrildiyini bildirib. Şuranın Azərbaycan prezidentinin onun qarşısına qoyduğu vəzifələrin öhdəsindən layiqincə gəldiyini deyən Əli Həsənov 2008-2014-cü illərdə yerli QHT-lərin layihələrinə bu qurumun 20 milyon manat maliyyə ayırdığını bildirib. Adminstrasiyanın şöbə müdiri prezidentin sərəncamı ilə dövlətin QHT-lərə ayırdığı qrantın verilməsinin koordinasiyasının, bu sahəyə metadoloji yanaşmanın müəyyən olunmasının və nəticələrin təhlilinin Şuraya həvalə edildiyini qeyd edib.

 Əli Həsənov çıxışında “Dövlət olaraq biz də hesab edirik ki, vətəndaş təşəbbüslərini dəyərləndirən, istiqamətləndirən, idarə edən III sektorun bütün təmsilçiləri Azərbaycan dövlətinin, cəmiyyətinin qarşısında duran məsələlərdən, prioritet vəzifələrdən yaxalarını kənara çəkməməli, dövlətlə, cəmiyyətlə bərabər, onun təmsilçiləri kimi həmin sahələr üzrə ardıcıl fəaliyyət göstərməlidir” deyib.  Mətbuat, şəffaflıq, demokratiya, insan hüquqlarının qorunması sahəsində Azərbaycanın heç bir Qərb dövlətindən geri qalmadığını vurğulayan Adminstrasiyanın şöbə müdiri bu istiqamətdə əldə olunan uğurlarda Şuranın xüsusi rolunun olduğunu və onun fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.

Konfransda 23 QHT layihələrin icrasında fərqləndiklərinə görə fəxri fərmanla təltif edilib. Onlar aşağıdakılardı:

Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri Mayis Əliyev

Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin sədri Tahir Xudiyev

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva

Xan Şuşinski Fondunun sədri Bəyimxanım Verdiyeva

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanov

“Əlil Qadınlar” Cəmiyyətinin sədri Məhluqə Rəhimova

"Jurnalist Ekspert Mərkəzi" İctimai Birliyinin sədri Ceyhun Musaoğlu

"Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək" İctimai Birliyinin sədri Venera Əsgərova

İnsan Hüquqları və  Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlili

"ELS - Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyinin sədri İradə Yaqubova

“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elməddin Muradov

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” (AJŞ) İctimai Birliyinin sədri Ayaz Mirzəyev

“Xankəndi” Məcburi Köçkünlərə Dəstək  İctimai  Birliyinin sədri Xatirə Vəliyeva

"Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər" İctimai Birliyinin sədri Əzizağa Qənizadə

“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov

Regional Gender Mərkəzi İctimai Birliyinin sədri Şərqiyyə Dadaşova

“Ekoloq-2010” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Səlim Balayev

Sosial İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Azad Əliyev

“Şəmsi Əsədullayev” Xeyriyyə İctimai Birliyinin sədri Həsən Məmmədov

Milli Paraolimpiya Komitəsi İctimai Birliyinin sədri İlqar Rəhimov

Zəngəzur Cəmiyyətləri Birliyinin sədri Hacı Abdulla

“Milli Jurnalistika Konqresi” İctimai Birliyinin sədri Nəsiman Yaqublu.

 Əli Həsənov konfransda irəli sürülən təkliflərə ayrılıqda münasibət bildirib və vətəndaş cəmiyyətinin Qarabağla əlaqədar fəaliyyətinin səmərəliliyini artırmaq üçün koordinasiyanı həyata keçirəcək QHT-nin müəyyənləşdirilməsinin vacib olduğunu deyib.

 Şura sədri Azay Quliyev təklifi faydalı saydığını və QHT-lərin bununla bağlı təşəbbüslərini müsabiqədən kənar olaraq dəstəkləməyə hazır olduqlarını qeyd edib.