SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

«Zəngəzur” Cəmiyyətləri Birliyinin bəyanatı

Avropalı deputatlar verdikləri bədnam qərara görə tarix qarşısında məsuliyyət daşıyacaqlar

15 apreldə Avropa Parlamenti 24 aprelin Avropa Birliyinə daxil olan ölkələrdə “erməni soyqırımı” günü kimi qeyd edilməsilə bağlı sənədi qəbul edib. Avropalı parlamentarilər Türkiyəni "soyqırımı" tanımağa çağırıblar. Roma papasının müraciətindən -"fətvasından" sonra bu qərarın qəbulu mümkün görünsə də, yenə də sağlam, obyektiv düşüncəyə hələ də inam, güman qalırdı. Ancaq bu dəfə də haqq-ədalət, tarixi həqiqət, beynəlxalq hüquq normaları yox, böyük dövlətlərin xristian təəssübkeşliyi, ikili standartlardan, maraqlardan çıxış edən subyektiv yanaşmaları qalib gəldi.

 

"Zəngəzur" Cəmiyyətləri Birliyi olaraq bu qərarı pisləyir, qəbuledilməz sayır və bunu "xristian klubu"nun türk-müsəlman dünyasına qarşı səlib yürüşünün davamı kimi görürük.

Avropalı siyasilər üçün son 100 ildə ermənilərin Anadolu, Qafqaz, Cənubi Azərbaycanda qırdığı 2 milyondan artıq müsəlman türk 2-ci sort insanlar kimi görünür. Bu qərara səs verən parlamentarilər məgər fransız tarixçisi Jean Laurent, səyyah qraf de-Şölye, Fransanın Qafqaz üzrə ali komissarı Damien de Martel,  jurnalist Jan İv Yunet, tədqiqatçı və araşdırmaçısı Maxime Gauin,  Marsel, de-Ban və digər onlarla şahidin, ingilislər tarixçi yazar prof. Dr. Justin Mccarthy, qəzetçi George H. Hepwort, Amerikalı məşhur tarixçi və Osmanlı mütəxəssisi professor Justin McCarthy, ABŞ-ın Prinston Universitetindən məşhur tarixçi Bernard Levis və Norman İtzkovits, Kaliforniya Universitetindən Stenford Şav, Lusvill Universitetindən Justin Makkarti, Massaçusets Universi­tetindən Günter Levi və Brayan Uilyams, Boston Universitetindən David Fromkin, Brandis Universitetindən Aviqdor Levi, Tennessi Texniki Universitetindən Maykl Günter, Corc Vaşinqton Universi­tetindən Roderik Davidson, “Hunter” Kollecindən Pyer Oberlinq, Xarici Siyasət Araşdırmaları İnstitutundan Maykl Radu və hərbi tarixçi Edvard Erikson, Odisnom Çarlz Eliotun, Masaçuset Amherst Universiteti tarix fakültəsinin professoru Audrey L.Altstadt, professor Stanford Shavv, tarixçi yazar Mark Sayks Amerikada çıxan “The Hill” qəzetinin siyasi icmalçısı Ceyson Kats, professor Dr. Norman Stone ABŞ, İngiltərənin yüzdən çox Osmanlı tarixi üzrə araşdırmaçısının tədqiqatlarından xəbərsiz olduqlarına inanmaq mümkünsüzdür. Avropanın yüzlərlə nüfuzlu alim, tədqiqatçı, diplomatı 1915-ci ildə baş vermiş hadisələr üçün “soyqırım” ifadəsinin istifadəsinin doğru olmadığını faktlarla, sübutlarla dəfələrlə bəyan ediblər. 25 sentyabr 1919-cu ildə Ərzuruma Amerikadan general Harbord başqanlığında incələmə heyəti ermənilərin törətdikləri qırğınları gözləri ilə görüb əhatəsindəkilərin yanında:- “Necə ola bilər ki, Həzrəti-İsanın qulları belə bir qətliam törədə bildilər!!!" –deyibər. General Harbord  Ərzurum və çevrəsindəkilər gördüyü vəhşət qarşısında dəhşətə düşüb o qədər  üzülmüşdür ki, İrəvanda daşnak qatillərinin onlara uzatdıqları əllərə toxunmağa belə özlərinə rəva bilməmişlər. ABŞ-ın İstanbuldakı səfiri Morgentaunun  hesabatında 750 min erməninin faktiki olaraq Zaqaf­qazi­yada yerləşdirildiyi, Konyadakı Amerika yardımı komitəsinin direktoru Meri Küşmən 1915-ci ildə yarım milyon erməni köçkünün sağ-salamat bu şəhərdən keçib getdiyini, Amerika konsulu Cessi B.Cəkson  Kilikiya katalikosu II Sakal-Xakayanın və arxiyepiskop Muşeq Serokyan və digər yerli erməni icması üzvlərinin ifadələrinə əsaslanaraq Cənuba köçürülmüş bir milyon erməninin təxminən 100 mininin sağ-salamat Suriya və Mesopotomiyanın ərazisində keçdiyini, doktor Henri Riqqz Türkiyənin Xarput vilayətində yaşayan 175 min erməninin 25 mininin yerlərindən tərpənmədən hazırda da burda yaşamağa davam etdiyini yazmışdılar. Həmin dövrün şahidləri, tədqiqatçıları Naynz və Sazerləndin Anadolu torpaqlarının bir çox vilayətlərini gəzib görüb eşitdiklərinə dair ABŞ-a yazıb göndərdik­ləri hesabatın son sətri belədir: “Biz inanırıq ki, ermənilər türklərə, türklərin ermənilərə etdiyindən daha çox cinayətdə günahkar­dırlar.”

ABŞ eks-prezidenti Ronald Reyqanın hüquq müşaviri Bruce Fein başqanlığında yaradılmış qrupun 1981-ci ildə hazırlayıb təqdim etdiyi raportda deyilir: "Ağ Saray araşdırma etdi, ermənilərin 2 milyon müsəlman Osmanlını qətl etdiyi ortaya çıxdı. Ermənilər, öz arxivlərini açmır, çünki bu gerçəyin ortaya çıxmasını istəmir, ermənilərin bu iddiaları son dərəcə əsassız... Osmanlı İmperator­luğunun azlıqlara qarşı müdhiş sayıla biləcək bir diqqət göstərdiyi həqiqətini unutmamaq lazımdır. Azlıqlar, öz dini azadlıqlarını və həyatlarını son dərəcə rahat bir şəkildə davam etdirirdi. Erməni terror dəstələri I Dünya savaşı əsnasında Fransa və Rusiya ilə birlikdə Osmanlıları öldürdü. Bu rəqəmin 2 milyon ətrafında olduğu bir gerçək. Erməni itkinlərinin isə 500 min ətrafında olduğu araşdırmalarla sübut edildi. Burada əsl əhəmiyyətli mövzu, ermənilərin xəyanətidir. Osmanlı da özünü müdafiə etdi. Xüsusilə ABŞ-da yaşayan ermənilər, soyqırım yalanı ilə böyük gəlirlər təmin edir. ABŞ rəhbərliyi də büdcəsinə böyük pullar döndüyü üçün ermənilərin qarşısına almaq istəmir. Ermənilər israrla öz arxivlərini açmır. Çünki illərdir soyqırım yalanı ilə gələn gəlirləri itirmək istəmirlər. Arxivlər açıldığı anda gerçək ortaya çıxacaq."

Ötən əsrin əvvəlindən sonunadək ermənilər bu gün də onlara hərbi-siyasi dəstəyini açıq formada davam etdirən dövlətlərin diqtəsi ilə Anadolu və Qafqazın müsəlman türk əhalisinə qarşı tarixdə misli görünməmiş vəhşiliklər törətmişlər. Həmin dəstəkçi ölkələrin təmsilçiləri olan Avropalı parlamentarilər bu gün xristian təəssübkeşliyindən bir addım da geri çəkilməyərək özəl siyasi ambisiyalarından çıxış edərək bu qətliamlara, soyqırıma haqq qazandırdıqlarını nümayiş etdirirlər. Hədəf isə Türkiyə ilə yanaşı, həm də 23 ildir BMT tərəfindən tanınan ərazilərinin20 faizi Ermənistan tərəfindən işğal altında saxlanan, 1 milyon insanı deportasiyaya məruz qalan Azərbaycandır. Avropalı parlamentarilər Avropa adına ayıb, qara damğa sayıla biləcək bir qərara səs verib imza etdiklərinin mənəvi cəzasını çəkməklə yanaşı, bundan sonra doğuracağı nəticələrə görə də cavabdehlik daşıyırlar.”

     “Zəngəzur” Cəmiyyətləri Birliyi İdarə Heyəti və Ağsaqqallar Şurası adından

Birliyin sədri                                       Hacı Nərimanoğlu

16  aprel 2015-ci il