SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

       İyunun 23-də Çexiya-Azərbaycan Mədəni Əlaqələr Mərkəzinin Praqadakı ofisində bu qurumun  sədri, professor Azər Kərimovun təşkilatçılığı ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, yazıçı-publisist  Hacı Nərimanoğlunun  “Türk, ya erməni soyqırımı? Gerçək  tarix rus, ingilis, fransız, amerikan, yəhudi, gürcü, erməni şahidlərin  gözü, sözü ilə” kitabının təqdimatı olmuşdur.

Toplantıda Azərbaycanın Çexiyadakı icmasının üzvləri, eləcə də tanınmış çex alimləri  professorlar İvan Meznik, Jirek Vanek, dosentlər Frantisek Capka, Jiri Dusek, Jiri Podluski, Ludek Mikules, Oldriç Sasinka, Nagif Fezizadə, Agif Fezizadə və başqaları iştirak etmişlər. Bu alimlər Brno Texnoloji Universiteti, G.T.Masarik Universiteti, Karla İngilis Ali Məktəbində çalışırlar. Onların bir çoxu  Azərbaycana səfər etmişlər və ölkəmizi yaxından tanıyırlar.

 

    A.Kərimov toplantı iştirakçılarını salamlayaraq, haqqında bəhs edilən kitabın Azərbaycan və türk xalqına qarşı ermənilərin və onların hərbi-siyasi havadarlarının ssenarisi ilə törədilən qanlı qırğınların tarixini, coğrafiyasını, miqyasını öyrənmək baxımından yaxşı mənbə olduğunu vurğulayıb. Azərbaycanda QHT sektorunun artıq oturuşmuş, cəmiyyətin, dövlətin həyatında öz yerini tutmuş bir demokratik təsisat olduğu vurğulanmışdır. Çıxış edənlər Azərbaycanın sivil dünya birliyində öz yerini tutduğunu, Avropa dəyərlərinə malik ölkə olduğunu qeyd edərək, 1-ci Avropa İdman Oyunlarının Bakıda keçirilməsini də yüksək qiymətləndiriblər. Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həlinin vacibliyi, Çexiyanın da bu mövqedə olduğu diqqətə çatdırılıb.  Adından da göründüyü kimi, kitabda bu gün dünya hegemonluğu iddiasında olan, bir əsrdən artıqdır ki, ermənilərin Anadolu və Qafqazda müsəlman türk əhaliyə qarşı soyqırımı və deportasiyasına hər cür açıq və gizli hərbi-siyasi dəstək verən böyük dövlətlərin təmsilçilərinin-tarix alim, siyasətçi, diplomat, araşdırmaçı yazarlarının görüb şahid olduqları, qələmə aldıqları materiallar toplanıb. Avropa Birliyinin bədnam soyqırım qərarının qəbul edildiyi günlərdə işıq üzü görən kitabın erməni yalanlarını ifşa edən mükəmməl mənbə olduğu da vurğulanıb. Nəşrin Avropa xalqlarının dilərinə tərcüməsinin vacibliyi qeyd olunub.
    Təqdimatda çıxış edən diaspor üzvləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına belə dəyərli layihəni maliyyələşdirdiyinə görə təşəkkür ediblər.
      Tədbir iştirakçılarına kitabın nüsxələri və Azərbaycan həqiqətlərini əks etdirən disklər paylanıb, onlar Azərbaycan süfrəsinin zəngin təamlarından nuş ediblər.