SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin bəyanatı

Aprelin 2-ə keçən gecə Ermənistanın hərbi hissələri cəbhə boyu yaşayış mövqelərimizi intensiv atəşə tutaraq geniş miqyaslı hərbi əməliyyatlara başlamağa, yeni ərazilərimizi zəbt etməyə cəhd göstərib, çox sayda mülki vətəndaşımızı öldürüb, yaralayıb, kəndlərimizi dağıntılara məruz qoyub. Milli Ordumuzun rəhbərliyi əməliyyat şəraitini düzgün qiymətləndirərək, mülki vətəndaşlara qarşı təxribatların qarşısını almaq, ərazilərimizin bir hissəsinin işğal edilməsi təhlükəsini aradan qaldırmaq üçün gərəkli cavab tədbirlərinə başlayıb. 

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası Milli Ordu hissələrimizin zəruri cavab tədbiri olaraq başladığı əks-hücum taktikasının yeganə düzgün seçim olduğuna inanır, uğurlu hərbi əməliyatların ilk nəticələrini ürəkdən alqışlayır və hər cür  köməyə hazır olduğunu bildirir. Dövlətimizin və Silahlı Qüvvələrimizin hərbi-siyasi rəhbərliyini əsgər və zabitlərimizin qanı bahasına azad olunmuş strateji əhəmiyyətli mövqelərimizin qorunub saxlanması, möhkəmləndirilməsi üçün zəruri tədbirlərin yerinə yetirilməsinə, bir sıra ermənipərəst dünya güclərinin təzyiqlərinə qarşı siyasi iradə göstərməyə, xalqımızın və ordumuzun yüksək mənəvi-psixoloji ruhunu, böyük potensial imkanlarını torpaqlarımızn işğaldan tam azad olunması məqsədinə yönəltməyə çağırır.

02.04.2016. Bəyanat barədə qərarı imzası ilə təsdiq edir:              Hacı Nərimanoğlu,  Birliyin sədri