SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

27 sentyabr 2020-ci il tarixdə səhər tezdən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, müxtəlif növ silahlardan istifadə etməklə Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə, geniş miqyaslı hərbi əməliyyatlara başlamışdır. Hərbi və mülki əhali arasında ölənlər və yaralananlar, dağıntılar var. Şəhidlərimizə rəhmət, yaralılarımıza şəfalar diləyirik.
Milli Ordumuzun hissələri düşmənin hücumunu dəf edərək, işğal altında olan bir sıra ərazimizi azad etmişdir.
Birliyimizin İdarə Heyəti və Ağsaqqallar Şurası Milli Ordumuzun qətiyyətli hücumunu dəstəkləyir, hər an mümkün köməyə hazır olduğumuzu bildiririk. Ordumuza zəfərlər arzu edirik, xeyir-dualarımız Ordumuz, döyüşən əsgər və zabitlərimiz üçündür. Xalqımıza, Dövlətimizə, Ordumuza sonadək qətiyyətli olmağı, güc, iradə, birlik, qələbələr arzulayırıq. Zəfərlər səninlə olsun, Azərbaycan Ordusu!

Sözardı; acı təəssüflər olsun ki, 2016-nın aprelində olduğu kimi, bu dəfə də mənim döyüşən Ordumuzun sıralarında olmaq arzu, istəyim, davamlı müraciətlərim nəticəsiz qalıb:Nizami rayon Səfərbərlik idarəsində qeydiyyata düşdüm-N.62, Qubadlıda e-müraciətlə, MN- 3 adresə yazdım, mətbuat katibi, əziz dostum Vaqif Dərgahlıya telefon zəngimin də bir nəticəsi olmadığından PA rəsmilərinə yazdım, zəng etdim, yaşa (61) görə mümkünsüz, amma baxılacaq dedilər. Kopyalar burda:

Salamlarla, Xalqımıza, Prezidentimizə, Ordumuza Zəfərlər arzusu ilə!

03 октября, 17:47
Кому: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
 
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyevə

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə

MN-ə və SHXDÇX-ə cəbhəyə getmək üçün d​​​əfələrlə müraciət etmişəm, Qubadlı və Nizami rayon SHXDÇX-də qeydiyyatdan keçmişəm. Lakin yaşımla bağlı (61 yaş) imtina olunub. 

1990-cı illərdən atəşkəsə qədər AZƏRTAC-ın Şuşa-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli bölgəsi üzrə hərbi müxbiri – AZƏRTAC-ın “Zəngəzur” İnformasiya Mərkəzinin direktoru, sonra AZƏRTAC-da buraxılış redaktoru (16 il) olmuşam. Ondan əvvəl doğulduğum Qubadlı rayon Komsomol, İcraiyyə komitələrində, İcra Hakimiyyətində çalışmışam (Ermənistandan qaçqın gələnlərin, sərhəd kəndlərinin işləri üzrə məsul təşkilatçı vəzifəsində). 20 kitabın, o cümlədən 100-dən çox Şəhidimizin döyüş yoluna dair 5 kitabın, sənədli filmlərin, yüzlərlə məqalənin müəllifiyəm. Ordu hissələrində, ön cəbhədə dəfələrlə kütləvi tədbirlərin təşkilatçısı, məruzəçi, aparıcı, moderatoru olmuşam. İdeoloji, təbliğat-təşviqat işləri üzrə təşkilatçılıq təcrübəm var. Hərbi vətənpərvərlik mövzusunda onlarla publisistik yazının müəllifiyəm. Hər yeri mənə tanış, doğma olan Füzuli-Cəbrayıl istiqamətində ön cəbhə bölgələrində döyüşə getmək arzusundayam, yaxud müvafiq strukturlarda çalışmağa hazıram. Ordumuzun döyüşən hissələrində, yaxud məsləhət bildiyiniz sahədə hərbi xidmətə cəlb olunmağıma yardımçı olmağınız xahiş edirəm. Lütfən, yardım edin!

Qarabağ müharibəsi veteranı, ehtiyatda olan zabit, tarix üzrə fəlsəfə doktoru, Yazıçılar, Jurnalistlər birliklərinin üzvü. 

Hacı Abdulla — 050 339 10 31

HN

27 сентября, 10:31
Кому: Mətbuat Xidməti —Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.