SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Bütün tarixi məkr, hiylə, alçaqlıqlarla dolu olan, yalanı, yaltaqlığı, böhtanı dövlət siyasətinə çevirən Ermənistanın Moskvada imzalanmış atəşkəs razılaşmasının mürəkkəbi qurumamış Gəncə və digər şəhər, kəndlərimizi hərbi-siyasi havadarlarının havayı verdiyi top, raketlərlə atəşə tutması bunun yeni əyani sübutudur. Üz-üzə döyüşdə, savaşda həmişə rəzil, miskin durumda qalan ermənilərin əvvəlcə dünya liderlərinə minnətçi düşüb atəşkəs üçün vasitəçilik etməsinə yalvarması, ardınca imzalanmış sənəddən riyakarcasına imtinası, Azərbaycan iqtidarının humanist addımından  bəhrələnib vaxt qazanaraq əzilmiş, sındırılmış hərb maşınını təmir etmək istəyi bu murdar xislətin təzahürüdür. “Zəngəzur” Cəmiyyətləri Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası xain saldırılarda həyatını itirən həmvətənlərimizə Uca Tanrıdan rəhmət, əzizlərinə səbir, yaralılarımza şəfalar diləyir. Sentyabrın 27-dən başlanan Milli Qurtuluş Savaşı ilə xalqımızın iradəsinin, yekdil düşüncəsinin qətiyyətli ifadəçisinə  çevrilən Ali Baş Komandan İlham Əliyevə müraciət edərək, işğal altında olan torpaqlarımız son kəndinə qədər tamamilə azad edilən günədək Ermənistanın və havadarlarının  sülh, danışıqlar çağırışından imtinaya çağırırıq. Prezident, Ali Baş Komandanımızın bu tarixi şansı, xalqımızın, ordumuzun döyüş ruhunu, qələbə əzmini Zəfər gününədək fasilə vermədən son qələbəyə  aparacağına inanırıq. Xalqımız sizinlədir, zəfərlər səninlə olsun, Milli Ordumuz, Sizə inanırıq, güvənirik, cənab Ali Baş Komandanımız!

Hacı Nərimanoğlu, “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri