SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Müraciətdə deyilir: “Əziz xalqımız, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız!

27 sentyabrdan başlanan Vətən müharibəsi Zəfər gününə yaxınlaşır. Sizin məhz Şəhidlər xiyabanında Qarabağın baş tacı, rəmzi olan Şuşanın yağı düşmən tarpdağından xilas edilməsi barədə verdiyiniz müjdə xalqımızda, hər bir vətəndaşımızda sonsuz sevinc, misilsiz qürur hissləri yaratmışdır. Bu xoş xəbəri elan etdiyiniz dəqiqələrdən yüz minlərlə insan şadlığını ifadə etmək üçün küçələr axışır, atəşfəşanlıq edir. Bu xoşbəxtliyi xalqımıza Siz, komandanlığınız altında Azərbaycan Silahlı Qüvvələri bəxş edib.

Bizim üçün Azərbaycanın hər qarış torpağı doğmadır, əzizdir. Ancaq etiraf edək ki, Şuşanın hər bir azərbaycanlının qəlbində, mənəvi dünyasında yeri başqadır, başdır! Xalqımız Laçın, Kəlbəcər, Ağdam, Xankəndinin də yağı tapdağından qurtuluş xəbərini Sizdən eşitmək arzusu ilə yaşayır.

Hər birimiz yaxşı anlayırıq ki, bu zəfər, bu qalibiyyət yürüşü yalnız Sizin siyasi iradəniz, qətiyyətiniz, güclü təzyiqlərə sinə gərib dəf edən zəkanızın bəhrəsidir, bu qələbələr yalnız Sizin hərbi sərkərdəlik bacarığınız, Milli Ordumuza ilham, güc-qüvvət verən komandanlıq məharətiniz, şəhid və qazilərimizin qəhrəmanlığı sayəsində gerçəkləşib. Sizinlə fəxr edirik, ən böyük minnətdarlığımız Sizədir. Xalqımızın milli mənlik, qürur hisslərinin özünə qaytarılması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi Sizin adınıza yazılan əbədi şöhrət, şərəf-şandır. Uşaqdan böyüyə hər bir azərbaycanlının qəlbində bu gün bir İlham Əliyev sevgisi boy atıb, ucalıb.  İşğaldan azad edilən hər bölgəmizin ən uca zirvəsində Sizin adınız, surətiniz əbədi heykəlləşəcəkdir, çünki bunu yalnız Sizin kimi qüdrətli Prezident, Komandan reallaşdıra bilərdi. Azərbaycanı əsarətə baş əyməyən xalqı, hərb meydanında  savaşmağı, döyüşməyi bacaran ordusu ilə, bütün gücü ilə dünyaya tanıdan, qəbul etdirən Siz oldunuz. Hər zaman Sizinləyik, ölkəmizi işıqlı günlərə aparan siyasətinizi dəstəkləyənlərin ön sırasındayıq. Bizlərə bu sevincli və qürurverici günləri yaşatdığınız üçün Sizə sonsuz təşəkkürümüzü bildiririk.

Şəhidlərimiz, əbədi məkanınız behiştdir, hər birimiin qəlbində yeriniz var!

Qazilərimiz, zəfərlər sizinlə olsun, Allah sizləri qorusun!

Gözün aydın Azərbaycan!

Yaşa, yaşa Müzəffər Ali Baş Komandan!

Eşq olsun şanlı Azərbaycan Ordusuna!

Şuşa bizimdir! Qarabağ Azərbaycandır!

Sonsuz sevgi və ehtiramla,

Müraciət Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurasının birgə toplantısında qəbul edilib.  Sədr           Hacı Nərimanoğlu, 08 noyabr 2020-ci il”