SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

(9 il əvvəlin unudulmaz görüş - söhbəti ilk dəfə)

27 iyul 2011-ci il, saat 17.00 radələri. Türkiyə Cümhuriyyətinin Bakı Böyükelçiliyi. Türkiyənin Baş naziri, AK Parti sədri R.T.Ərdoğanın şəxsi təşəbbüsü ilə gerçəkləşən görüş.

Yaxınlaşıram, ayağa qalxır, əl verib görüşür. Masa üstündə “Rəcəb Tayyib Ərdoğan” kitabımın nüsxələri düzülüb. Birini əlinə götürür.

-Nəfis kitab alınıb, Böyükelçimiz Ankaraya göndərmişdi, mən vərəqlədim, evə götürdüm, Əminə xanım oxumuş, çox bəyənmiş, dedi hətta eşq tarixçəmizi də yazmısan. Nədən belə bir kitab yazmaq qərarı verdin?

-Mən Qarabağlıyam, 18 il oldu, dünyanın yaxın-uzaq bir xeyli ölkəsinə gedib gəldim, ancaq öz vətənimdə doğulub böyüdüyüm, anamın məzarı qalan köyümə, qurulu evlərimə gedə bilmirəm, milyondan biri kimi. Siz bu məsələnin həlli üçün son zamanlar çox çalışdınız, dünya liderləri ilə görüşlərdə, BMT-də gündəmə gətirdiniz, sizə çox güvənirik, bu problemin həllinə yardımçı olacağınıza inanırıq.

-Qarabağ həm də Türkiyənin sorunu. Mən əlimi bu daşın altına qoydum, bu sorunun həlli uğrunda çabalar göstərdim, buna davam da edəcəyəm. Amma sizinkilərin bir qismi yardım etməkdənsə, daşın üstdən basıb barmağımı qırmaq istəyirlər, araya fitnə-fəsad toxumu səpirlər. Hələ mənə həcvnamələr də yazırlar, Ərdoğanı İsrailə, ABD-yə, masonlara işləməkdə suçlayırlar, olurmu belə yanaşma?! Bayraq krizini adlatdıq, nota vermək zorunda qaldıq…

-Bu kitab həm də o niyyətlə, elələrinə cavab olaraq yazılıb. Bizim Türkiyədən başqa arxa, dayağımız yox. Azərbaycanın 1918-ci ildən Osmanlıya, Türkiyəyə bir vəfa borcu var, Türk əsgəri gəlməsəydi, indi biz burada olmazdıq, Bakı müsəlman şəhəri, baş kənd olmazdı… 80 yaşında atam Hacı Nəriman hər namazdan sonra sizin üçün, Türkiyə üçün dua edir, deyir, bu məsələni Ərdoğan çözəcək.

-Salam-dualarımı yetir, söylə ki, inşallah, çözəcəyik, çünki haqq Azərbaycanın tərəfindədir, bunun üçün güclənməliyik, həm Azərbaycan, həm Türkiyə, bərabər olmalıyıq. Bir az zamana ehtiyacı var, ancaq mütləq çözürük.

Kitabın bir nüsxəsini yanımızda dayanan Əhməd Davudoğluna, birin də Yalçın Akdoğana verir.

-Bunu Bakıdamı yapdınız?

-Bəli.

Rəhmətlik Heydər Əliyevin dəfnində çəkilmiş fotolara xüsusi baxaraq deyir:

-İki uçaqla gəldik, tam 200 nəfər, 7 kilometr yolu İlham qardaşımla yanaşı piyada məzarlığa qədər getdik, son yolçuğuna uğurladıq…Baxın, fotolar necə də nəfis çıxmış, gözəl kitab alınmış. Yalçın, indiyədək mənə Türkiyədən dışarıda bir kitab yazan olmuşmu heç?

-Xeyr, Başqanım, mən heç eşitmədim.

Kitabları göstərir:

-Bunlar hamısı bizimmi?

-Təbii.

-Hamısın götürün.

Səfir (TC-nin Azərbaycana gəlib getmiş ən güclü diplomatı) Hulusi Kılıc:-hər kəs üçün var, təyyarəyə daşıdarıq, hər kəs üçün də ayrıca,-deyir.

Əlimdəkinə işarə edir:- O nə kitabdır?

“Qubadlısız 16 il” kitabımı təqdim edirəm. Üzərindəki fotoya baxır, qaşalrı çatır, sifətinə kədər çökür, ciddiləşir, çoxlarının ilk baxışda tuta bilmədiyi mənanı dərhal alır:

-Bu yol sizin köyə, ilçəyə gedən yoldur yəqin, dağ, qayalar uçub rahat asfalt yolunuzu kəsib…

-Biz erməniyə savaşda uduzmadıq, siyasilər uduzdurdular bizi, bu yolu siyasilər açmalı…

-Çözürüz bu sorunu, mütləqa çözürüz, zamana ehtiyacımız var, ilbəil güclənirik, o vaxt sözümüz daha keçərli olur, nə zaman birliyimiz, bərabərliyimiz daha möhkəm olursa, onda daha asan çözürüz.

Əlavə də bir neçə sual-cavab, Türkiyəyə dəvət və sair. Bundan sonralar artıq önəmli deyil...

O görüşdə ən çox təkrar etdiyi, yaddaşıma həkk olunan sözü bu oldu sayın Ərdoğanın:- çözürüz bu sorunu, mütləqa çözürüz….  https://azertag.az/xeber/532883

Var ol, Ər Kişi, Ərdoğan Kişi, adını hər bir Azərbaycanlının ürəyinə yazdıran nər Kişi, bu işlər  sənsiz olmazdı… 

                      Hacı NƏRİMANOĞLU

Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin sədri,  tarix üzrə fəlsəfə doktoru

Sözardı: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsindən:

Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətimiz var. Həm prezidentlər kimi, həm də iki insan kimi. Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən. Təbii ki, mən bu işlərə qarışa bilmərəm. Amma bir insan kimi buna biganə qala bilmərəm. Çünki onun Türkiyə üçün gördüyü işlər genişmiqyaslıdır və bu gün Türkiyəni onun kimi sevən, onun maraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insan yoxdur Türkiyədə. Bunu hər kəs bilməlidir. Azərbaycanda bunu hər kəs bilir. Türkiyədə də bir çoxları bilir, amma bilməyənlər üçün də mən demək istəyirəm ki, onlar da görsünlər. Çünki siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona tab gətirmək, onun qarşısında sipər kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənim qardaşım, bax, belə insandır və mən onu yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə deyə bilərəm. Ona bundan sonra da müvəffəqiyyətlər diləmək istəyirəm. Onun sözləri, onun addımları, onun varlığı bütün türk dünyası üçün önəmlidir və türk dünyasının birləşməsi, işbirliyinin dərinləşməsi istiqamətində biz bundan sonra da böyük səylər göstərəcəyik.

 Bilirsiniz, mən elə insanam ki, hər şeyi necə var elə də deyirəm. Bu məsələdə diplomatiyaya ehtiyac yoxdur. Mənim üçün Türkiyədə əsas məsələ mənim qardaşıma olan münasibətdir. Kim ona yaxşı münasibət bəsləyir, o, mənim ürəyimdədir. Kim ona haqsız münasibət bəsləyir, kim ona qarşı çıxır, mənim ürəyimdə onlar üçün yer yoxdur. Dəstək göstərmək istəyən hər kəsə mən, əlbəttə ki, təşəkkürümü bildirirəm. Ancaq hesab edirəm, hər kəs bilməlidir ki, bu gün Ərdoğan olmasaydı, Türkiyənin başı böyük dərddə ola bilərdi. Bunu hər kəs bilsin, hər kəs anlasın. Bunu mən adi bir Azərbaycan vətəndaşı kimi deyirəm. Bunu siz bu gün 10 milyon Azərbaycan vətəndaşından eşidə bilərsiniz. Türkiyə-Azərbaycan birliyi möhkəmlənir. Ona görə bu birliyi təmin edən insanlar da gərək lazımi dəstək alsınlar hər bir yerdə, milli məsələlərdə. O ki qaldı, partiyalar arasındakı məsələlərə, o, başqa bir işdir. Milli məsələ var, milli məsələdə hər kəs gərək vətənpərvər olsun.  https://president.az/articles/43250