SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Müraciətdə deyilir: “Əziz, möhtərəm prezidentlərimiz!
Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim etdiyi Azərbaycana hərbi qüvvələrin göndərilməsini dəstəkləyən Qərarın təsdiq olunmasını cani-könüldən alqışlayır, bu mübarək hadisə münasibətilə sevinən hər kəsi təbrik edirik. Bu qərar qardaş xalqlarımızın yekdil arzu və istəyinin ifadəsi, Azərbaycan və Türkiyə Prezidentlərinin siyasi iradəsi, qətiyyətinin təntənəsidir.

Yaxşı bilirik ki, 44 gün davam edən savaşda qazanılan zəfər Türkiyənin hərbi-siyasi dəstəyi olmadan mümkünsüz olardı. 1918-1920-ci illərdə də Azərbaycan Xalq Cümhuriyyəti dövründə vətənimizin azadlıq, istiqlaliyyəti, Cümhuriyyətimizin paytaxt Bakıya qovuşması, eləcə də Qarabağ uğrunda döyüşlərin şəhidlərinə əbədi sevgi, sayğımızı bildiririk. 100 il sonra əsgər, mehmetciklərimizin bu dəfə Qarabağda yenidən birlikdə olması qürurvericidir, sonsuz fəxarətdir (TBMM KARARI burada: https://www.resmigazete.gov.tr/eskiler/2020/11/20201118-1.pdf)
Türkiyə-Azərbaycan Birliyinin əbədi olması arzusu ilə,  Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin sədri Hacı Nərimanoğlu, 18 noyabr 2020-ci il”