SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

1919-cu il noyabrın 19-da Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasının Qafan bölgəsinə bağlı Oxçu kəndində tariximizin ən faciəli günlərindən biri yaşanıb. Qaniçən erməni başçılarından biri Hamazasp 240 silahlı quldurla kəndi mühasirəyə alıb, danışıq aparmaq adı ilə ətraf el-obaların  əhalisini də kəndin ortasındakı meydana topladıb, heç kimin qaçıb sağ qurtulmaması üçün kənddə bütün yol, cığırlar kəsilib. Kişilər karvansaraya doldurularaq dinamitlərlə partladılıb, daş-qalaq olunub, son nəfərədək öldürülüb. Bölgənin Ermənistana birləşdirilməsi əleyhinə çıxan hörmətli ağsaqqal, din xadimlərinin əl-ayaqları  bağlanaraq erməni zabitlərinin ayaqları altında başları kəsilib. Qocalar, uşaqlar və qadınları  məscidə doldurub diri-diri, tikə-tikə doğrayıblar, ah-naləsi göylərə bülənd olan, aman diləyən, can verən yaralıların əzalarını süngülərlə dəlik-deşik ediblər, hər yandan insan qanı sel suları kimi axıb gedib. Çarəsiz, köməksiz, əliyalın insanlar ələ keçirdikləri ağac, daş, dəmir parçaları ilə gənc qız-gəlinlərin sir-sifətini, qarnını, əzalarını dəlik-deşik ediblər ki, namusları gözəl görkəmdə ləkələnməsin, manyak vəhşilərin əlinə diri, sağ-salamat keçməsin. Analar quyulara, yanar təndirlərə atılan körpələrinin dalınca özləri də odun içinə tullanıb balaları ilə birgə diri-diri yanıblar, neçəsi bu vəhşətdən çıldırıb dəli olub, xəstə, əlil, ahıl, ana qucaqlarındakı südəmər körpələrə belə  aman verilməyib. Həmin dəhşətli gündə 1400 müsəlman-türk, o cümlədən təkcə Çaylı və Oxçu kəndlərindən 400-ü uşaq, qadın olmaqla 900 insan heç bir xalqın tarixində görünməmiş amansız vəhşiliklə, güllə, mərmi işlənmədən məhv edilib. Qaniçən quldurlar bu qanlı mənzərənin Allahverdi adlı yeganə şahidini sağ buraxıblar ki, gedib gözləri ilə gördüyünü, erməni hakimiyyətini tanımayan, nəyəsə ümid olub gözləyən  müsəlman kəndlərində hər kəsi belə sonun gözlədiyini söyləsin. Bu, ermənilərin Zəngəzurda törətdikləri qanlı qırğınların nə birincisi idi, nə sonuncusu. Unutmayaq və tarixin dərslərindən ibrət alaq ki, bir daha təkrar olunmasın. 

Hacı Nərimanoğlu, Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru