SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Hulusi Akar: “Hazırlıqlar başa çatıb, Türk əsgəri ən qısa zamanda Azərbaycana gedəcək.” 21.11.20

Türk Ordusuna yazılan şeirlər: Abdulla Şaiq, Salman Mümtaz, Cəfər Cabbarlı

Abdulla Şaiq,  Neçin böylə gecikdin?

Sənsiz qəlbim qırıq, sönük, çiynənmiş, xırpalanmış

Ömür şüşəm daşa dəymiş, həyatım parçalanmış,

Qırıq bir saz kimi sızlar qanlı, yorğun telləri.

Yıxılıb yandırar bütün qayğı vurmuş əlləri

Bu vətənin öksüzləri, gəlinləri, dulları,

Göz yaşıyla sulanmış hər keçdiyimiz yolları.

Yolunuzu gözləməkdən bənizləri sararmış,

Heç gəlmədin. O şən gülən ürəkləri qəm almış.

Sən gəlməsən, dolumsanmış ürəklər

Sən gəlməsən, xarabaya dönən qəlb abad olmaz.

Sən gəlməsən, günəş doğmaz, ümid gülüm açılmaz

Dodaqlarım gülməz, sönmüş bəxtimə nur saçılmaz

Başqasını istəməm də, ey Türk, tez ol sən gəl, sən

Gözləməkdən yoruldum, ah, axı gecikdin nədən?

Yollarına daşmı düzülmüş? Ya azğın qurdlarmı?

Buraxmır? Daş, dəmir ya polad olsa da onlar.

Ürəyində şəlalədən ən mətin, qızıl atəşlə

Yandır onları, ərit, söndür, çeynə, boğ, əz, xırpala,

Xain alçaq düşmənlərə qol gücünü göstər.

Aç yolları, tez gəl ki qəlbim səni çox istər.

Salman Mümtaz

ƏNVƏRİYYƏ

Yaşa, ey qaziyi-əzəm, yaşa, ey möhtəşəm Ənvər!
Səninlə fəxr edir şimdi böyük sultan, ulu qeysər
Ki, sənsən dahiyi-dövran, sənsən fatehi-kişvər,
Sana şayistədir əlhəqq tila ovrəngü zər əfsər.

Doğarmı madəri-giyti sənin tək bir də bir nər ər –
Xəyalı ay kimi aydın, məramı gün kimi ənvər?!
Səhabi-küfrü tən böldün, qılınc zərbiylə etdin şəqq,
Çıxartdın milləti yeksər işıqlı günlərə əlhəqq,

Ayıltdın türkləri, verdin dəmadəm türklüyə rövnəq,
Sana bu işdə yardımcı yəqin oldu cənabi-Həqq,
Sən oldun həzrəti-Həqqin səfayi-lütfünə məzhər.
Yaşa, ey qaziyi-əzəm, yaşa, ey möhtəşəm Ənvər!

Müsəlman qeyrətin çəkdin, gözətdin Türkün namusun,
Dağıtdın xavəri-islamdən küffar kabusun.
Məsaciddən dilərdi rus asa öz nəhs naqusun,
Gəbərdib, toprağə sərdin həyasız niyyətin rusun.
Günəşdən parlaq amalın olub Şərq əhlinə əzhər,
Yaşa, ey qaziyi-əzəm, yaşa, ey möhtəşəm Ənvər!

Münzəm ordunu birdən səri-ədüvvanə saldırdın,
«Kral»lar rişəsin qırdın, «karol»lar tacın aldırdın,
Edib məğlub küffarı, nəvayi-suru çaldırdın,
«Hilal»ı ərşə yüksəltdin, «gün»ü əflakə qaldırdın.
Nihali-məqsədi-fikrin gətirdi datlı bin növbər,
Yaşa, ey qaziyi-əzəm, yaşa, ey möhtəşəm Ənvər!

Ziyayi-fikrətin ilə ziyasızdıq, ziyalandıq,
Cəfavü cövr çəkmişdik, fütuhunla səfalandıq,
Livayi-nüsrətin ilə, bihəmdüllah, livalandıq,
Həqirü pəst olmuşduq, ucaldıq, etilalandıq.
Təmamən Qafqazın əhli könüldəndir sana əsgər,
Yaşa, ey qaziyi-əzəm, yaşa, ey möhtəşəm Ənvər!

Səadət dövrü, söz yoq kim, yetirmiş şanlı cahidlər,
İgitlər, qəhrəman ərlər, şücaətli mücahidlər,
Buna tarixdə vardır dəxi binlərcə şahidlər,
Tikibdir onlara şəhlər neçə yerdə müşahidlər.
Yapar millət sana layiq tiladən heykəli-əkbər.
Yaşa, ey qaziyi-əzəm, yaşa, ey möhtəşəm Ənvər!

Səmada yıldırım tək parlayan dəm tiğinin bərqi
İşıqlandırdı şəmsasa sərasər aləmi-Şərqi,
Nisari-xaki-payınçün düzüldü bin gözəl şərqi;
Bənim naçiz şeirimlə vəli var onların fərqi –
Mübarək vəchini görcək tapar əşarımız zivər,
Yaşa, ey qaziyi-əzəm, yaşa, ey möhtəşəm Ənvər!

 

Öyün, millət!

O gün millət ki əltafı olub şövkətli sultanın,
Hilalın haləsi qılsın əhatə türk övtanın.

Təfaxür eylə, ey millət, muradın hasil olmuşdur,
Daha əflakə yüksəlməz əninü ahü əfğanın.

Ziyasız rus zülmündən o yüksək ruhun ölmüşdü,
Dökürdü şişəyə hər dəm şərabi-nab tək qanın.

Qızılgül tək açıl, gül, gör ki, türkün şanlı ordusu
Rivaqi-ərşə nəsb etmiş böyük Osmanlı ünvanın.

Səmaya doğru toğrul tək sən, ey türk oğlu, uç, yüksəl
Ki, sənsən şanlı övladı şərəfli əski Turanın.

Bulud altında qalmışdı əgərçi kövkəbi-bəxtin
Gör imdi nəcmi-zahir tək hilalın, nəcmi-tabanın

Gərək taği-müqərnəsdən asılsın türkün tuğrası
Mələklər zibi-duş etsin livasın Ali-Osmanın.

Bütün, Mümtaz, ellərdən olar türk milləri mümtaz
Sürər bundan sora türklük çərəfli-çanlı dövranın.

 

Cəfər Cabbarlı

(Nuru paşaya)

Türk sağ ikən,

yurduna əl toxunmaz.

Ölsə də zəncir daşımaz,

qul olmaz,

Alaram mizrağı bir türk kimi,

qalxan çəkərəm mən!

Tutduğum haqq yoludur,

qan tökərəm can verərəm mən

Atılın bombalarım,

Qandır, oddur təməli,

Böyük Turan -Vətənim!!!

Ölkə mənim, vətən mənim, yurd mənim,

marş irəli, marş irəli əsgərim!