SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımın ən müdhiş, qanlı səhifələri Zəngəzur qətliamları idi və bu faciələrin doğru-düzgün bədii salnaməsini yaratmaq missiyasını da tale həmin dəhşətləri şəxsən yaşamış Zəngəzurlu ədib Əyyub Abasovun taleyinə yazıb. Ə. Abasovun xalqımız qarşısında ən böyük xidməti vicdan və cəsarətin, böyük ədəbi istedadın layiqli bəhrəsi olan 980 səhifəlik (I, II kitab) "Zəngəzur" tarixi romanıdır (Əyyub Abasov, Zəngəzur, 1-ci kitab, “Nağıl evi”, Bakı 2013, 532 səh. 2-ci kitab 448 səh).

Tariximizin Zəngəzur faciələrinə ayna tutan "Zəngəzur" romanı Azərbaycanlıların erməni nizami ordusu tərəfindən əvvəlcədən planlaşdırılmış deportasiya və soyqırımını bütün gerçəklikləri ilə əks etdirən ən yaxşı əsər, ədəbi-tarixi məxəzdir. Tariximizə faciələrlə, qanla, göz yaşları, minlərlə insanın faciəsi kimi yazılan bu hadisələr barədə danışmaq, yazmaq 70 ildən çox qadağan edilmiş, tabu qoyulmuşdu. Totalitar sovet - KQB rejiminin meydan suladığı, erməni-daşnak millətçilərinin və onların fiziki-mənəvi varislərinin, nifrət virusu daşıyıcılarının Azərbaycanın partiya-sovet, hüquq-mühafizə orqanlarında özlərinə rahatlıqla yer tutduğu, geniş anti-türk, anti-azərbaycan, anti-müsəlman şəbəkəsi yaratdığı bir zamanda Ə.Abasovun bu tarixi həqiqətləri qələmə alması mühüm ədəbi, həm də siyasi, mənəvi-ictimai hadisə idi. “Zəngəzur” romanına görə onun müəllifi haqsız yerə təqib olunmuş, bu səbəbdən çətin və gərgin həyat yaşamışdır. 1950-ci illərdə “Zəngəzur” romanı kitab mağazalarından və kitabxanalardan yığılmış, oxunmasına və istifadəsinə qadağa qoyulmuşdur.

Xüsusən, “Zəngəzur” tarixi romanının ikinci cildi nəşr edildikdən sonra respublikamızın dövlət strukturlarına yerləşmiş ermənilərin açıq, gizli təhriki ilə yazıçıya qarşı ədəbi tənqiddə və ictimai mühitdə haqsız kampaniyalar təşkil olunmuşdur. Əyyub Abasovun 18 aprel 1957-ci ildə 52 yaşında ikən dünyasını dəyişməsi də həmin ədalətsiz təqiblərin nəticəsi idi.  Ə.Abasov haqqında yazı saytın “Məqalələr” bölümündə yerləşdirilib.

http://zengezur.com/index.php/mzhallr/174-bu-il-yyub-abasovun-110-illiyidir