SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

 

Bu, “525-ci qəzet”in 10 iyul 2020-ci nömrəsində çıxan Biz döyüşdə uduzmadıq... (https://525.az/?name=xeber&news_id=145308) başlıqlı 2 səhifəlik yazımdan bir abzasdır: Bunu həm də ona görə xatırladıram ki, gəlin özümüz-özümüzü çox da suçlamayaq - qoydular, qaçdılar, ölməyib qaldılar, yerimizi dar elədilər, filan. Torpaqlarımızın işğalında hamımız günahkarıq; əlahəzrət fakt budur ki, biz xalq, dövlət, millət, ordu olaraq torpaqlarımızı qoruya bilmədik, qalan məsələlər, səbəblər bundan törəmədir. Ermənidən də qorxmayaq, xoflanmayaq, erməni qorxusundan cəsarətlənir, 2016-nın aprel hücumundan sonra bu qorxu daha da böyüyüb. Biz Qarabağ savaşını qabaq-qənşər döyüşdə, müharibədə uduzmadıq, siyasətdə, xəyanətlərdə uduzduq, dünyanı idarə edən xristian güclərin, böyük dövlətlərin geosiyasi planları ilə uduzduq, böyük oyunların kiçik qurbanları olduq. Təbii ki, belə də qalmayacaq, dəyişməliyik, dəyişikliklərə, böyük qayıdışa hazır olmalıyıq! Bir neçə gün əvvəl Müdafiə naziri Zakir Həsənovun 4 il sonra ilk dəfə rusiyalı həmkarı Sergey Şoyqu ilə aprel döyüşləri vaxtı telefon danışıqlarının detallarını açıqlaması bütün bəlaların hardan gəldiyini aydın işarət etdi. İnanıram ki, həm siyasilərimiz, həm hərbçilərimiz öz plan və hərəkətlərində bu amili indi daha ölçülü-biçili şəkildə nəzərə alırlar...”

Bu yazını qəzetdə, saytda, feysbuk səhifəmdə oxuyan bir qisim tanış, qeyri-tanış inam və  nikbinliyimi bölüşmədiyini bildirmişdi, “torpaq satılıb, verilib artıq, gecdir” demişdi.

 

AzərTAc-ın cəbhə bölgələri üzrə xüsusi müxbiri olaraq şahidi olduğum, xəbərlərini ilk dəfə ön cəbhədən yaydığım müharibə xəbərlərini 28 il sonra oxucularla bölüşüb ermənilərin qabaq-qənşər döyüşlərdə necə miskin, qorxaq olduğunu çoxlu faktlarla yazmışdım, əminliklə qurtuluşun yalnız savaşla mümkünlüyünü demişdim.

Təbii, bu inamıma, gözləntimə güc verən amillərin ən irəlisi Prezident İlham Əliyevin şəxsi keyfiyyətləri - təbiətən məğrur, mərdanə, müstəqilliyi, qarşıya qoyduğu məqsədə çatmaq əzmi, iradəsi idi. Gəlin razılaşaq ki, başçısı olduğu dövlətin ərazisinin beşdə birinin - dılğır “dqr”in kənardan idarə olunan Ermənistan kimi bir dövlətin əlində qalmasının ən böyük mənəvi ağrısını Prezident İlham Əliyev çəkirdi və bu vəziyyətdən çıxış yolunu son çıxışlarında daha açıq, səmimi ifadə edir, xalqı böyük dəyişikliyə hazırlayırdı. 2020-ci il mayın 28-də Prezident İlham Əliyev Bakıda məcburi köçkünlər üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin açılışında dedi: Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc amili ön plana çıxır, bəzi ölkələr, hətta böyük demokratik ənənələri olan ölkələr də bəzi hallarda beynəlxalq hüquqa məhəl qoymadan öz maraqlarını təmin edirlər. Nəyin hesabına? Gücün hesabına. Ona görə ordu quruculuğu mənim Prezident kimi fəaliyyətimdə həmişə ön plandadır. Bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi."  

Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti,  mövcud beynəlxalq, regional vəziyyəti düzgün qiymətləndirib vaxtında dəqiq qərar vermək, gerçəkliyə çevirmək bacarığı Azərbaycanın yeni imiclə doğuluşunu təmin etdi, həm də öz adına ən şərəfli sözü, titulu yazdırdı: Müzəffər Ali Baş Komandan! Doğum gününüz mübarək, təbrik edirik!

 Başlıqdakı 3 sözə qüvvət: Bu, mənim 7 il əvvəlki  "Zəngəzura hökmən elliklə qayıdışımız da olacaq!" başlıqlı yazımdır: http://zengezur.com/administrator/index.php?option=com_content&view=article&layout=edit&id=114

"2013-cü il iyunun 7-də Mahir və Fazil adlı iki igid soydaşımız Ermənistan sərhəddini keçərək tarixi, əzəli yurd yerimiz olan Qarakilsə (Sisyan) rayonu ərazisinə gedib  Murxuz kəndindəki "Qırxlar" pirini ziyarət etmişdilər. Bu cəsur eloğlularımız 20 ildən bəri yağı tapdağında qalan torpaqlarımızda 14 dəqiqə 45 saniyə çəkiliş də apararıblar.Buyurun baxın...yolumuzu gözləyən o dağlara cəsarətli igidlərin ardınca böyük qayıdışımız olacaq, hökmən!"

Hacı NƏRİMANOĞLU

Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru