SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Azərbaycan Dövləti, Xalqı işğaldan azad edilən torpaqları daimi Vətən eləmək üçün Azərbaycanla Ermənistanın hazırkı dövlət sərhədlərində ermənilərin tikdiyi, Azərbaycan türklərinin əzəli yurd yerləri olmuş Zəngəzur ellərimizdəki Qafan, Qacaran, Gorus kimi çoxminlik əhalinin yaşaya biləcəyi sivil şəhərlər salmalı, bir çox kiçik kənd və qəsəbələrdən, şəhərciklərdən imtina etməlidir.

Ötən əsrin 20-ci illərinədək həmin bu şəhərlərin yerində yalnız yerli bəylərə kiçik kəndlər var idi, böyüdüb şəhər elədilər. Qubadlı, Laçına bitişik erməni kəndləri Zeyvə, Xinzirəkdə olan yaşam şəraiti, rahatlıq bizim çox rayon mərkəzlərindən üstün idi. Vətən sərhəddən başlanır. Ana kitabımız Dədə-Qorqudda, oğuz-türk tarixində bu barədə ibrətli detallar var. Tariximizdən və bədnam qonşularımızdan öyrənməli çox şey var…Zəngəzurdan Azərbaycana təhvil verilən - geri qaytarılan əraziilər sovet vaxtı Zəngəzurdan Ermənistana qoparılıb verilən torpaqların yalnız bir hissəsidir; Şurnuxuya bitişik Şahverdilər-Vorotan, Ağbulaq, Şamsız, Qurdbulaq kəndləri də Qubadlıya məxsusdur, eyni vaxtda verilib, amma adları çəkilmir. 1980-ci illərdə Laçınınn Qaragöl, Qubadlının Çayzəmi, Vağo bulağı ətrafından xeyli səfalı, meşəli sahələr ermənilərin nəzarətinə keçdi. Əslində Gorus-Qafan avtomobil yolunun böyük bir hissəsi də Qubadlının 1921-ci ilədək olan tarixi, qanuni ərazisindən keçir.