SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Azərbaycandan olan tanınmış alim, professor Aygün Attar yüksək vəzifəyə təyin olunub. Aygün Attar Türkiyə Prezident Administrasiyası Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü seçilib. Qeyd edək ki, Aygün Attar 1962-ci ildə Qubadlı rayonunda anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiəsi edib. Aygün Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır. O, 2012-2016-cı illərdə Türkiyənin Girəsun Universitetinin rektoru olub. Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir. Aygün Attar 2019-cu ildə  Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri təyin edilib. Xatırladaq ki, xanım Aygün Attar həm də "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin Türkiyə təmsilçiliyinin rəhbəridir. Layiqli seçimə görə təşəkkürlər, hörmətli R.T.Ərdoğan, Azərbaycan Sizi sevir! Təbrik edirəm, Aygün xanım, uğurlarınız davamlı olsun!