SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

19_01_14_1547450023.jpgTürkiyə Silahlı Qüvvələrinin (TSK) təqaüddə olan 104 admiralının “Montrö Boğazları Sazişi” ilə əlaqədar yayınladığı bəyanat qardaş ölkənin və dünya mediasının diqqət mərkəzindədir. Artıq Türkiyə Baş Prokurorluğu bu bəyanatla əlaqədar araşdırmaya başlayıb. Çünki bu bəyanatda xalqın iradəsi ilə qanuni Prezident seçilmiş R.T.Ərdoğana qarşı təhdidlər, dövlət çevrilişinə açıq çağırışlar vardır. Cümhurbaşkanı R.T.Ərdoğanın son yüz ilin daha bir iqtisadi möcüzəsinin - İstanbul kanalı layihəsinin reallaşması yönündə ardıcıl səyləri məntiqlə 1936-cı ildə İsveçrənin Montrö şəhərində imzalanmış, indiyədək qüvvəsini itirməmiş “Montrö sazişi”nin pozulmasına gətirib çıxaracaqdır.

Bu saziş Türkiyəyə Qara dənizlə sərhədi olmayan ölkələrə məxsus gəmilərin İstanbul və Çanaqqala boğazı üzərindən keçməsinə nəzarət etmək hüququ verir. Bəyanatda bu sazişin pozulması təhlükəsi ilə əlaqədar etiraz əksini tapıb.

Son illər pandemiya səbəbi ilə dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq inkişaf etmiş G-20 ölkələri arasında yalnız Türkiyə və Çinin iqtisadiyyatlarını böyütməyi bacarması, Ərdoğan hökumətinin Türkiyəni dünyada ən böyük iqtisadi gücə malik 10 ölkədən birinə çevirmək yolunda başarıları, 44 günlük Qarabağ müharibəsində, Suriya, İraq və Liviyada hərbi gücünü orta qoyması, Türk Dövlətləri Birliyi yaratma yolundakı qətiyyəti, Türkiyənin dünyanın yeni güc mərkəzi halına gəlməsi, Ərdoğanın 2023-cü ildə yenidən Türkiyə Cümhurbaşkanı seçilmə şanslarının yüksəkliyi, beynəlxalq aləmdə siyasi nüfuzunun ilbəil artması bir sıra daxili, xarici gücləri rahatsız etməkdə, hərəkətə keçməyə sövq etməkdədir. Uzun illər NATO, Qərbə bağlı olmuş TSK general, admirallarının məhz indi dilə gəlməsinin, gətirilməsinin də bu amillərlə bağlığı şübhə doğurmur.

Türk xalqı 15 iyul 2016-cı ildə hərbçilərin dövlət çevrilişi cəhdində öz milli iradəsini, siyasi düşüncəsini, xalqın səsi ilə seçilmiş Prezidentinin yanında olduğunu dünyaya göstərmişdi.

Azərbaycan xalqı, dövləti xüsusilə Qarabağ zəfərindən sonra əbədi olaraq Türkiyə ilə birlikdə uğurla irəliləmənin əhəmiyyətini, həyati zərurətini dərk etmişdir. Ona görə də Türkiyədə baş verən heç bir mühüm hadisəyə münasibətdə seyrçi qalmadan, Türkiyə Hökumətinə, Cümhurbaşkanına qarşı hər cür qeyri-qanuni təsir, təzyiq cəhdlərini pisləyir, hər zaman Türkiyə ilə, qardaş türk xalqı ilə birlikdə olduğumuzu bəyan edirik.

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri  Hacı N.Abdulla