Warning: "continue" targeting switch is equivalent to "break". Did you mean to use "continue 2"? in /var/www/emilja01/data/www/zengezur.com/plugins/system/t3/includes/menu/megamenu.php on line 137
Amerikalılar “erməni soyqırımı” iddialarının saxtalığını faktlarla sübut edirlər

Deprecated: implode(): Passing glue string after array is deprecated. Swap the parameters in /var/www/emilja01/data/www/zengezur.com/plugins/content/jw_allvideos/jw_allvideos.php on line 73

Amerikalılar “erməni soyqırımı” iddialarının saxtalığını faktlarla sübut edirlər

Hər il 24 aprel ərəfəsində ermənilərin vay-şivəni dünyanı bürüyür, lobbi təşkilatları fəallığını (həyasızlığını) artırır, xüsusən ABŞ prezidentinin dilindən “erməni soyqırımı” ifadəsini qoparmaq üçün dəridən-qabıqdan çıxırlar. Amerikanın çox sayda tanınmış siyasətçi, hüquqşünas, tarixçi, hərbçilərinin indiyədək apardığı tədqiqat və araşdırmalarında ermənilərin bu iddialarının nə qədər sərsəm, uydurma, əsassız olduğu bir daha açıq görünür.

 Amerikalı jurnalist Clarence K. Streit 26 fevral 1921-ci ildə  Mustafa Kamal Atatürklə görüşərək  “erməni soyqırımı” və Osmanlı hökumətinin 27 may 1915-ci ildə qəbul etdiyi “Təhcir Qanunu” barədə sual verib, Atatürkdən aldığı cavabı məqalə və kitablarında olduğu kimi dərc edib: “Erməni soyqırımı olmamışdır, yoxdur. Rus ordusu 1915-ci ildə Osmanlı torpaqlarına böyük hücuma başladığı bir vaxtda o zaman çarın xidmətində olan ermənilərin Daşnak Komitəsi, hərbi hissələrimizdən  arxada yerləşən erməni əhalisini üsyana təhrik etmişdi. İki od arasında qalmış vəziyyətdə idik. Gücdən düşmüş, dağılmış və çox sayda ölü, yaralısı olan dəstələrimiz tez-tez ermənilərin hücumuna məruz qalır, amansız şəkildə qətlə yetirilir, körpülər və yollar darmadağın edilir və türk kəndlərində silahsız, dinc əhaliyə qarşı qanlı terrorlar davam etdirilirdi. Bu cinayətləri işləyənlərin cərgələrinə əli silah tutan bütün ermənilər qoşulmuşdu. İngilislərin sülh zamanında və savaşma bölgəsindən uzaqda olan İrlandiyada etdiklərini qeyd-şərtsiz qanuni sayan Avropa bizim erməni əhalisinin təhciri-köçürülməsi barədə almağa məcbur qaldığımız qərara görə bizi ittiham edə bilməz. Bizə qarşı yönələn iftiraların əksinə, köçürülən erməni əhalisi yaxın qonşu ölkələrdə yaşamaqda davam edir və ittifaq dövlətləri bizimlə hərb vəziyyətinə son qoysalar, evlərinə dönüb yenə də yaşamağa hazırdırlar.”

ABŞ Hökumətinin tapşırığı ilə Amerika ordusunun kapitanı Emori Nayls və onun köməkçisi, mülki hüquqşünas Artur Sazerlend 1920-ci illərdə Türkiyədə araşdırmalar aparır, topladıqları dəlil-sübutlar, məlumatlar əsasında hesabat hazırlayıb yekun nəticə hissəsində yazırlar: “Muzdlu erməni agentləri ABŞ-da səhv ictimai fikir formalaşdırırlar: türklər ermənilərə qarşı qırğın və genosid törətməmişlər. Biz inanırıq ki, ermənilər türklərə, türklərin ermənilərə etdiyindən daha çox cinayətdə günahkardırlar.”

1919-cu ilin 25 sentyabrında Amerikadan Ərzuruma ezam olunan xüsusi nümayəndə heyətinin rəhbəri general Ceyms Harbord Türkiyənin Yanıkdərə, Karskapısı, Ezirmikli Osman Ağa və Mürsəl Paşa ərazilərində əks-mənzərənin – ermənilərin türklərə qarşı törətdikləri qətliamın şahidi olur: “Həzrəti İsaya tapınanlar belə bir qətliamı necə törədə bildilər?..”

General Ərzurumda şahidi olduğu dəhşətlərdən o qədər sarsılır ki, İrəvanda onu qarşılayan daşnak qatillərinə nifrətlə baxaraq uzatdıqları əllərini havada qoyur. Generalın Ərzurumda baş tutan məşhur dialoqu isə o dövrün qəzet və kitab səhifələrinə düşür. Ərzurum Bələdiyyə başqanı Zakir Gürbüz Harbordun “Ərzurumda çoxmu erməni vardı” – sualına cavab olaraq generalı pəncərə qarşısına dəvət edir, oradan görünən Gez və Kavak məzarlıqlarını göstərərək: “Baxın bunlar, gördüyünüz kimi, müsəlman türklərin məzarlarıdır. Şəhərin o biri yerlərində bundan on qat böyük türk məzarlıqları var. İndi isə bu tərəfə baxın. Ətrafı divarlarla hörülmüş o kiçik məzarlığı görürsüzmü? Bu, erməni məzarlığıdır. Özünüz deyin, erməni qəbirləri çoxdur, ya türk qəbirləri? Ermənilər ölülərini yemədilər ki! Əzurumun ölüsü də türkdür, dirisi də!”

1919-cu ildə ABŞ-ın İstanbuldakı səfiri Henri Morgentau Hökumətə məruzəsində “750 min erməni faktiki olaraq Zaqafqaziyada yerləşdirilmişdir”, Konyadakı Amerika yardımı direktoru Meri Küşmən “1915-ci ildə yarım milyon erməni köçkün bu şəhərdən sağ-salamat keçib getmişdir”, Amerika konsulu Cessi B.Cəkson Kilikiya katalikosu II Sakal-Xakayanın və arxiyepiskop Muşeq Serokyan və digər yerli erməni icması üzvlərinin ifadələrinə əsaslanaraq  “Cənuba köçürülmüş bir milyon erməninin təxminən 100 mini hazırda Suriya və Mesopotomiyanın ərazisində yaşayır”, Amerikalı doktor Henri Riqqz “Xarputda yaşayan 175 min ermənin 25 mini yerlərindən tərpənməmişlər, hazırda da burda yaşamağa davam edirlər”- yazıb. ABŞ-ın eks-prezidenti Ronald Reyqanın hüquq müşaviri Bruce Fein başqanlığında yaradılmış qrupun 1981-ci ildə hazırlayıb Prezidentə təqdim etdiyi raportdan: “Ağ Saray araşdırma etdi, ermənilərin 2 milyon müsəlman Osmanlını qətl etdiyi ortaya çıxdı. Ermənilər, öz arxivlərini açmır, çünki bu gerçəyin ortaya çıxmasını istəmir, ermənilərin bu iddiaları son dərəcə əsassız... Osmanlı İmperatorluğunun azlıqlara qarşı müdhiş sayıla biləcək bir diqqət göstərdiyi həqiqətini unutmamaq lazımdır. Azlıqlar, öz dini azadlıqlarını və həyatlarını son dərəcə rahat bir şəkildə davam etdirirdi. Erməni terror dəstələri I Dünya savaşı əsnasında Fransa və Rusiya ilə birlikdə Osmanlıları öldürdü. Bu rəqəmin 2 milyon ətrafında olduğu bir gerçək.  Erməni itkinlərinin isə 500 min ətrafında olduğu araşdırmalarla sübut edildi. Burada əsl əhəmiyyətli mövzu, ermənilərin xəyanətidir. Osmanlı da özünü müdafiə etdi. Xüsusilə ABŞ-da yaşayan ermənilər, soyqırım yalanı ilə böyük gəlirlər təmin edir. ABŞ rəhbərliyi də büdcəsinə böyük pullar döndüyü üçün ermənilərin qarşısına almaq istəmir. Ermənilər israrla öz arxivlərini açmır. Çünki illərdir soyqırım yalanı ilə gələn gəlirləri itirmək istəmirlər. Arxivlər açıldığı anda gerçək ortaya çıxacaq.” ABŞ tarixçisi, professor Stanford Shavv: “Osmanlı tarixi və sözdə erməni soyqırımı sahəsində bir çox tədqiqatlar apardım. Ortaya çıxardığım gerçək bu iddiaların əsilsiz olduğunu göstərdi. 1977-ci ildə doğruları söylədiyim üçün ermənilər evimi yandırdılar. Əsası olmayan heç bir bilgini mən qəbul etmədim. Tarix də qəbul etməz.” Amerikan Prof.Dr. Norman Stone: “1915-ci ildə soyqırım olmadı! Ermənilər bəzi sənədlər hazırladılar. Ancaq sənədlərin düzəldilmiş olduqları çox açıq-aşkar. Tarixlər və imzalarda bəsit düzəlişlər edilmişdir. Bu da soyqırım iddialarının yalan olduğun göstərir.” Amerikalı qəzetçi George H. Hepwort görüşüb söhbət etdiyi ermənilərin bu sözlərini eşidib qələmə almışdı: “Ah!... Biz öncələrdə çox xoşbəxt bir xalq idik. Vergilərimizi ödər, işimizlə, gücümüzlə ilgilənir, huzur və rifah içərisində yaşardıq... Fəqət Berlin Anldlaşması, İngiltərənin işi qarışdırması bizi pis günlərə qoydu, əgər Avropa bizi öz halımıza buraxsaydı, yaxşı bir gələcəyə sahib ola bilirdik. Fəqət xalq olaraq pis günə düşdüyümüz görünür, zavallı ermənilər...Avropalılar bizi türklərə qarşı pis rəftara təhrik etdilər!...”

ABŞ-ın Arkanzas şəhərində yaşayan və təqaüddə olan prokuror və yazıçı Səmyuel Uimzin  “Aksion” dərgisinə müsahibəsindən: “Erməni lobbisinin qondarma soyqırımı ilə əlaqədar beynəlxalq aləmdə dəstəklənməsini iki amillə əlaqələndirmək olar. Bunlardan birincisi pulla tanınmış şəxslərin ələ alınması, ikincisi isə xristianlıq kartıdır… Mən başqa cür düşünə bilmirəm. Ona görə də mən məsələni araşdıraraq erməni soyqırımı barədə həqiqətləri xristian aləminə çatdırmağı qərara aldım və nəticədə bu kitab meydana çıxdı”. ABŞ-da söylənən “pul, var-dövlət siyasətdə ana südüdür” atalar sözünü yada salan S. Uimz yazır: “ermənilər soyqırımını tanıtmaq və ABŞ-lı siyasətçiləri ələ almaq üçün Klinton dönəmində bir ildə ABŞ-da 14 milyon dollar xərclədilər. Az qala buna nail olacaqdılar. Ötən il də erməni soyqırımının tanınması məsələsi son anda baş tutmadı. O, əmin olduğunu bildirir ki, əgər fransız parlamentində erməni soyqırımının qəbulu ilə bağlı məsələ araşdırılsa, hökmən burada erməni lobbisinin fransız siyasətçilərini və parlament üzvlərini pulla ələ aldıqları üzə çıxacaq. S.Uimz yazır: “Dünyada ermənilər qədər xəbis, riyakar, cəllad, qaniçən bir millət tapmaq imkan xaricindədir.”

 

 Amerika və dünyada Osmanlı tarixi üzrə ən məşhur mütəxəssislərdən sayılan professor Castin Makkarti və Karolin Makkarti “Türklər və ermənilər”, “Soyqırım olmuşmu?”,  “Anadolu erməniləri 1912-1922-ci illərdə” tədqiqat əsərlərində arxiv materiallarına əsaslanaraq göstərirlər ki, Şərqi Anadoluda təşkil olunmuş soyqırım olmamışdır, erməni soyqırımı uydurma və böhtandır: “Erməni soyqırımı” deyilən bir şeyin olması mümkün deyil. O dövrdə Osmanlıda 1,5 milyon erməni yox idi. Bu rəqəmin cəmi erməni əhalisindən daha çoxdur. “Erməni soyqırımı” deyilən şeyin həqiqət olması üçün hər bir erməninin azı iki dəfə ölmüş olması lazımdır. 1912-1922-ci illərdə cəmi 600 mindən bir qədər az Anadolu ermənisi öldürülmüşdür.  Statistika göstərir ki, bu dövrdə 2,5 milyon Anadolu müsəlmanı da məhv olmuşdur ki, onların da əksəriyyəti türklər idi.”

 

Mənbə: Hacı Nərimanoğlu "Türk, ya erməni soyqırımı? gerçək tarix rus, ingilis, fransız, amerikan, yəhudi, gürcü...erməni şahidlərin gözü, sözü ilə Şərhsiz" kitabından alınıb, Bakı, QHT Nəşriyyatı-2015, səh. 19-22.