Warning: "continue" targeting switch is equivalent to "break". Did you mean to use "continue 2"? in /var/www/emilja01/data/www/zengezur.com/plugins/system/t3/includes/menu/megamenu.php on line 137
“Zəngəzur” Cəmiyyətləri Birliyinin Xalq yazıçısı xanım Afaq Məsuda təbriki

Deprecated: implode(): Passing glue string after array is deprecated. Swap the parameters in /var/www/emilja01/data/www/zengezur.com/plugins/content/jw_allvideos/jw_allvideos.php on line 73

“Zəngəzur” Cəmiyyətləri Birliyinin Xalq yazıçısı xanım Afaq Məsuda təbriki

  Çox hörmətli Afaq xanım Məsud!

  Sizi - “Şöhrət” ordenli Xalq yazıçısı, Əməkdar incəsənət xadimini 3 iyun doğum gününüz münasibətilə  təbrik edirik. Sizin nəsr və dramaturgiya yaradıcılığınız Azərbaycan ədəbiyyatının zənginləşməsində, oxucu zövqünün formalaşmasında mühüm rol oynayır. Ən böyük ədəbi, tarixi xidmətlərinizdən biri xalqımızın müstəqillik uğrunda çətin, keşməkeşli mübarizəsinin əsərlərinizdə real, obyektiv şəkildə, həm də yüksək bədiiliklə əks olunmasıdır. Əsərləriniz rus, ingilis, fransız, alman, ukrayna, gürcü, bolqar, fars, ərəb, türk və digər dillərə tərcümə və nəşr edilib, həm də Azərbaycanın xanım yazarının intellektinin, mənəvi dünyasının zənginliyinin, yüksək ədəbi istedadının təcəssümünə çevrilib. Azərbaycan oxucuları dünya ədəbiyyatının bir çox məşhur əsərləri ilə ilk dəfə Sizin tərcümələrinizdə tanış olublar. İllərdən bəri Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktoru olaraq, Siz ədəbiyyatımızın xaricdə, xarici ədəbiyyatın ölkəmizdə tanınması, tərcümə sənətinin inkişafı, dilimizin saflığının qorunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində səmərəli təşkilatçılıq işləri aparırsınız.Bundan sonrakı ədəbi-bədii yaradıcılığınızda, ictimai-mədəni fəaliyyətinizdə Sizə yeni uğurlar diləyirik.

               “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti